SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ağstafanın Qırılı kəndinin sakinləri: - "Kəndin qazını istixanaya verirlər"

Ağstafanın Qırılı kəndinin sakinləri: - "Kəndin qazını istixanaya verirlər"

Tarix:

13-03-2017, 15:18

/ 2 079 dəfə oxundu.
Ağstafanın Qırılı kəndinin sakinləri: - "Kəndin qazını istixanaya verirlər"

Ağstafa rayonun Qırlı kəndində sakinlər maye qaza həsrətdir.

Qırlı kənd sakinlərinin verdiyi məlumata görə, noyabr ayından bu yana 5 min əhalisi olan kəndə normal şəkildə qaz verilmir. Sakinlər bildirib ki, kəndin girişində yeni yaradılan “Karvan El” şirkətinə məxsus istixana quraşdırılandan sonra kəndin qazı kəsilib.

“Hər ailədə bir hərbçi yaşayır, onlar səhər saat 6-da işə qaz olmadığı üçün ac-susuz gedirlər. İsinmək üçünsə, bağlarımızdakı bütün meyvə ağaclarını kəsmişik. Maye qazı xəbər vermədən kəsiblər və bu da dəfələrlə partlayışa səbəb olub" - kənd sakinləri şikayətlnir.

Sakinlərin dediyinə görə, kənd icra mümayəndəliyinə, Ağstafa qaz idarəsinə dəfələrlə müraciət etsələr də, onların sözünə qulaq asan yoxdur. Əməkdaşımız kəndin uşaq bağçası ilə də maraqlanıb və məlum olub ki, bağçadakı uşaqlar da maye qazla deyil, odun sobası ilə isinir.

Əməkdaşımızın çəkliş aparmasına mane olmağa çalışan bağça müdiri onun çəkiliş aparacağı tədqirdə bağçaya nəzarət edən qadını işdən azad etməklə şantaj edib. Buna səbəb isə bağça nəzarətçisinin əməkdaşımıza bağçaya girməsinə izn verməsidir.

Sakinlər onu da qeyd ediblər ki, “Karvan El” şirkətinin istixanasının sahibi Əbülfət adlı şəxsin pulu çox olduğundan heç kimi saymır, qaz idarəsinin işçilərinə görüm-baxım edərək kəndin qazını öz istixanasına yönləndirir.

Kənd sakinləri vaxtı-vaxtında da qaz pullarını ödədiklərini deyirlər. Ən qəribəsi də odur ki, kəndin yarı hissəsində qaz var, amma bir yarısında qaz yoxdur. Kənd sakini Zülfiyə Namazova deyir ki, qardaşının balası böyrəyindən yenicə əməliyyat olub, uşaq soyuqdan donur, xəstəliyi daha da ağırlaşıb.

Kənddə qazın istənilən saatında xəbər vermədən kəsilməsi kənd sakinlərini olduqca narahat edir. Hər an bir partlıyışın olmasından qorxurlar. Kənd icra nümayəndəsi Ramiz Əmrahov əməkdaşımızla söhbətində kənd sakinlərinin dediklərini təkzib edərək 15 gündür qazın olmadığını və yaxın vaxtlarda problemin aradan qaldırılacağını bildirib.

Şəmkir regional qaz istismar xidmət sahəsinin rəisi Şahlar Əsədov isə telefon zənglərimizə cavab vermədi.

Qırlı kəndinin qaz çatışmazlığından şikayətçi olan sakinləri aşağıdakılardır: Süleymanov Tahir Cabbar oğlu, Dünyamalıyev Arif İslam oğlu, Həsənov Sənan Mustafa oğlu, Bayramov Səlman Xəlil oğlu, Nağıyev Fəxrəddin Vəli oğlu, Məmmədov Kəmayıl Məcid oğlu, Həsənov Firdofsu Səhliyalı oğlu, Musayev Məhəmməd Heydər oğlu, Sadıqov Mütabil Bayram oğlu, Həsənov Heydər Mütəllim oğlu, Namazova Zülfiyə, Rəhimova Rahilə, Orucova Mahmur.

Musavat

Şərhlər

XƏBƏR LENTİ