SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bank işçisi bankın adından istifadə edərək fırıldaqçılıq etdi

Bank işçisi bankın adından istifadə edərək fırıldaqçılıq etdi

Tarix:

13-03-2017, 12:42

/ 1 511 dəfə oxundu.
Bank işçisi bankın adından istifadə edərək fırıldaqçılıq etdi

Sumqayıtda bank işçisi bankın adından istifadə edərək başqasının avtomobilini kreditlə satıb. Bir müddət sonra avtomobili alan pulu gecikdirdiyində hər şey ortaya çıxıb.

Hadisə Sumqayıt sakini Zaur Mürsəlovun başına gəlib. O, bankların birindən kredit yolu ilə avtomobil alıb. Dolların kursuna görə gecikmə olduğu üçün avtomobil onun əlindən alınıb. Təyin olunan pul ödəndikdən sonra avtomobili qaytarıb.

Bankdan ona sürmək üçün verilən etibarnamə tez-tez borca görə ləğv olunduğundan Zaur şübhələnib. Yerində araşdıranda məlum olub ki, nə avtomobil bankda qeydiyyatdadır, nə də ödənilən pullar banka daxil olub.

Bundan sonra kreditlə avtomobil alan bankın rəhbərliyinə müraciət etsə də, faydası olmayıb.

İndi Zaur Mürsəlov çarəsiz qalıb. O, həm avtomobildən, həm də bu vaxta qədər ödədiyi pullardan olub. Şikayətçi başına gələnlərdən sonra aidiyyəti təşkilatlara rəsmi müraciət edib.

Şərhlər

XƏBƏR LENTİ