SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vətəndaşın "Azəriqaz"dan gileyinə baxan yoxdur... - Müraciət

Vətəndaşın "Azəriqaz"dan gileyinə baxan yoxdur... - Müraciət

Tarix:

22-02-2019, 13:14

/ 970 dəfə oxundu.
Vətəndaşın "Azəriqaz"dan gileyinə baxan yoxdur... - Müraciət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım M.Əliyevaya,
A R-sı Prezident Aministrasiyası Hüquq Şöbəsinin müdirinə,
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab R.Usubova,
Azərbaycan Respublikasının Baş prokuroru cənab Z.Qaralova,
Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayevə.
SOCAR vitse-prezidenti cənab R.Qurbanova,
AZƏRİQAZ İB-nin sədri cənab Əkbər Hacıyevə,
Bakı şəhər prokuroru cənab İ.Abbasova,
Abşeron rayon Prokurorluğuna, Ombudsman Aparatının rəhbərinə,

Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, ev 2-də yaşayan Abdılov Abdulkərim Balağa oğlu tərəfindən


Ş İ K A Y Ə T

Mən uzun müddətdir ki, ailəmlə Binəqədi rayonun 28 May qəsəbəsi, İzlivnoy küçəsi, ev 2- ünvanında yaşayıram.

Evimin yanında yardımçı təsərrüfat kimi bir kiçik kafe açıb kiçik bizneslə məşğul olurdum. 5 il əvvəl Abşeron rayon Qaz istismar İdarəsi işçiləri gəlib qanunauyğun formada qaz çəkib, qaz sayğacı quraşdırıb getmişdilər. Mən də qaz sayğacına görə 250 manat rüsum ödəmişdim. Budur, dünən gəlib məndən xəbərsiz qaz sayğacını heç bir xəbərdarlıq etmədən söküb aparıblar. Zəng edib öyrənirəm ki, niyə belə hərəkət edirsiniz? cavab verirlər ki, get 250 AZN pul tap gətir sənə təzədən qaz sayğacı gətirib quraq. İndi qalmışam belə. iki gündür ki, kafeni də işlədə bilmirəm, müştərilər dağılışır. Qaz da dayandırılıb özbaşına olaraq.Soruşuram ki, sayğacda nəsə bir problem vardımı? Deyirlər yox sayğac qaydasında işləyirdi. Amma təzələmək lazımdır. Niyə mən 5 il istifadə etmədiyim qaz sayğacına görə yenidən pul ödəməliyəm? Bu qanunvericilikdə öz əksini tapıbmı? Heç kim cavab vermək istəmir. Mən qaz işçilərinin xəbərdarlıq etmədən törətdikləri özbaşnalıqdan şikayətçiyəm. Cənab prezident Siz həmişə qeyd edirsiniz ki, sahibkarları incitmək. onların işinə lazımsız müdaxilə etmək olmaz. Bunlar isə harda bir balaca əlinə 5-10 manat keçən adam görürlər istəyirlər ki. min bir oyunla onun pulunu əlindən alsınlar. Xahiş edirəm Azəriqaz işçilərinin bu qanunsuz hərəkətlərinə son qoyulsun və mənim işlək sayğacım dərhal yerinə qaytarılsın.ki, mən kasıbçılığımla məşğul olum. Niyə qəsəbədə bircə mən təzə sayğacımı dəyişməliyəm?
Dərin hörmətlə, Abdılov A.B. ( mob. 050-433 17 57)

Tarix: 13 fevral 2019-cu il.

Şərhlər

XƏBƏR LENTİ