SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Səbail rayonunda 2 bələdiyyə sədri istefa verdi - BAŞÇI TƏZYİQ EDİB?

Səbail rayonunda 2 bələdiyyə sədri istefa verdi - BAŞÇI TƏZYİQ EDİB?

Tarix:

22-02-2019, 00:43

/ 2 356 dəfə oxundu.
Səbail rayonunda 2 bələdiyyə sədri istefa verdi - BAŞÇI TƏZYİQ EDİB?

Bakıda iki bələdiyyə sədri vəzifəsindən istefa verib.

Modern.az-ın əldə etdiyi məlumata görə, bunlardan biri Səbail rayon bələdiyyəsinin sədri Firdovsi Cəbrayılovdur. F.Cəbrayılov öz ərizəsilə tutduğu vəzifədən ayrılıb.

Sədr vəzifəsi bələdiyyənin üzvü Səmədağa Aslanova həvalə olunub. S.Aslanov əvvəllər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sədri vəzifəsində çalışıb.

Digər sədr dəyişikliyi isə Badamdar bələdiyyəsində qeydə alınıb. Sədr Həbib Əsədov vəzifəsindən azad olunub. Onu bu vəzifədə Təzəxan Astanov əvəzləyib.

Qeyd edək ki, hər iki şəxs 2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olmuş Asif Əsgərovun vaxtında sədr vəzifəsinə təyin olunubmuş. İcra Hakimiyyəti rəhbərliyindəki dəyişiklik onların da vəzifələrini itirməsinə səbəb olub.

Şərhlər

XƏBƏR LENTİ