SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda satılan hazır yeməyin paketində yanlışlıq - FOTO

Bakıda satılan hazır yeməyin paketində yanlışlıq - FOTO

Tarix:

21-02-2019, 14:21

/ 896 dəfə oxundu.
Bakıda satılan hazır yeməyin paketində yanlışlıq - FOTO

Bakıda supermarketdə satışda olan hazır qidaların birinin paketlənməsi zamanı səhvə yol verilib.

Milli.Az bildirir ki, adı "2 dəq qızdır ye" olan qiyməli qarabaşaq məhsulunun üzərində qida dəyərləri yanlış yazılıb.

Fotodan göründüyü kimi, karbohidratla zülalın rəqəmləri dəyişik düşüb. Çünki 100-qramında 13 qram protein olan qarabaşağın üzərində yarım kiloqram ət olduğu halda 86 qram zülalı ola bilər.

Qeyd edək ki, mağazadakı məhsulların qida dəyərinə çoxları fikir verməsə də, idmanla məşğul olanlar üçün bu rəqəmlər, qəbul etdikləri qidaların enerji dəyərləri önəmlidir.
Bakıda satılan hazır yeməyin paketində yanlışlıq - FOTO
Bakıda satılan hazır yeməyin paketində yanlışlıq - FOTO

Şərhlər

XƏBƏR LENTİ