SON DƏQİQƏ
XalqXeber.Az » Sosial »  Birgə axtarışlar nəticəsində... - FOTO

 Birgə axtarışlar nəticəsində... - FOTO

Tarix:

21-02-2019, 12:52

/ 803 dəfə oxundu.
 Birgə axtarışlar nəticəsində... - FOTO

Xəbər verildiyi kimi, fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında qazıntı işləri aparılan zamanı ekskavatorun aşması nəticəsində çaya düşən sürücü itkin düşmüşdü.

Araşdırmalarla həmin şəxsin Şabran rayon sakini, 41 yaşlı Vüqar Qasımov olduğu müəyyən edilmişdi.

Hadisə baş verən andan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, polis və digər aidiyyatı qurumların əməkdaşları səfərbər olunaraq həmin şəxsin tapılması istiqamətində intensiv axtarışlara başlamışdır.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ərazinin çay kənarı olduğu və torpaq qatının sürüşmə ehtimalı yüksək olduğu üçün baş verə biləcək başqa bir bədbəxt hadisənin qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində qabaqlayıcı tədbirlər görülmüş, ərazinin mühafizəsi təşkil edilmişdir.

Birgə həyata keçirilən axtarış tədbirləri fevralın 21-də öz nəticəsini vermişdir. V.Qasımovun meyiti çaydan tapılaraq çıxarılmış və aidiyyatı üzrə təhvil verilmişdir.
 Birgə axtarışlar nəticəsində... - FOTO
 Birgə axtarışlar nəticəsində... - FOTO
 Birgə axtarışlar nəticəsində... - FOTO
 Birgə axtarışlar nəticəsində... - FOTO

Şərhlər

XƏBƏR LENTİ