SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu gün Kiçik çillə çıxır

Bu gün Kiçik çillə çıxır

Tarix:

20-02-2019, 10:42

/ 789 dəfə oxundu.
Bu gün Kiçik çillə çıxır

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gün "qışın oğlan çağı” – kiçik çillə çıxır.

Xalq təqviminə görə, "qışın oğlan çağı” – kiçik çillə fevralın 20-də çıxıb, öz yerini "boz ay”a verir.

Kiçik çillə yanvarın 31-dən fevralın 1-nə keçən gecədən başlayır.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün "boz ay” adlanır.

Yəni, dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın 20-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

Martın 21-nə keçən gecə daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək.

Şərhlər

XƏBƏR LENTİ