SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Polşanın Azərbaycandakı Konsulluğundan kütləvi viza “otkaz”ı — ŞİKAYƏT

Polşanın Azərbaycandakı Konsulluğundan kütləvi viza “otkaz”ı — ŞİKAYƏT

Tarix:

19-02-2019, 19:03

/ 984 dəfə oxundu.
Polşanın Azərbaycandakı Konsulluğundan kütləvi viza “otkaz”ı — ŞİKAYƏT

Son illər ölkə vətəndaşlarının xarici ölkələrə iş vizası ilə yollanması qaydalarının sadələşməsi bu ölkələrlə Azərbaycanın münasibətlərinin daha da yaxınlaşması anlamını verməkdədir. Sivilizasiyanın yaranması, insanların bir-birinə yaxınlaşması, mədəniyyətlərin formalaşması və sairə kimi hallar sözün həqiqi mənasında müsbət haldır.
Məsələn, Azərbaycanla yaxın olan Avropa dövlətlərinə yollanmaq, orda yaşamaq və işləmək kimi maneələrin aradan qaldırılması həmişə müsbət qarşılanıb və bu hal istər siyası, istərsə də media sferasında da özünü göstərir. Amma son aylar elə ölkələr var ki, onların Azərbaycandakı səfir və konsulları vətəndaşlarımızın viza müraciətlərinə kütləvi olaraq “YOX” cavabı verir. İşin qəribə tərəfi budur ki, heç bir ciddi səbəb göstərilmədən verilən “YOX” cavabına da heç bir ciddi arqument gətirilmir.
Bu Konsulluqlardan biri və bəlkə də birincisi Polsanın Azərbaycandakı Konsulluğudur. Konsulluqda nə baş verirsə çanaq viza üçün müraciət edən insanların başında sınır.
Polşa Respubikasının Azərbaycandakı Konsulluğu viza üçün müraciət edən ölkə vətəndaşlarımıza kütləvi olaraq “otkaz” verir. İmtinaya qədər isə vətəndaşdan “o sənədi gətir, bu sənədi apar, onu elə bunu elə” deməklə guya ki, nəyisə araşdırırlar. Hər viza sənədi üçün 60 euro da alınır və sonda bəlli olur ki, cavab neqativdir. Bax elə işin əsas səbəbi də budur.

Bizimxeber.az-a daxil olan çoxsaylı müraciətlərdə viza üçün müraciət edən və imtina alan vətəndaşlar bildirir ki, konsulluqda işləyən və viza üçün müraciət edən vətəndaşdan elə gülünc sənəd gətirməsini istəyirlər ki, söz tapıb deyiləsi deyil.
Daha bir ciddi məqam isə vaxt uzadmaqla guya nəyisə araşdırdıqlarını göstərməkdir. İnsanlar bildirir ki, vaxtı uzadmaqla, müxtəlif sənədlər istəməklə elə bir görüntü yaradırlar ki, guya viza cavabının müsbət olması üçün çalışırlar. Amma sonluqda bəlli olur ki, bu heç də belə deyilmiş. Deməli ortada ciddi səbəblər var.
Bir incə məqan isə viza üçün müraciət edən vətəndaşlarımıza olan münasibətdir. Konsulluq əməkdaşlarının vətəndaşlara qarşı münasibəti də ürəkaçan deyil. Qapıda saatlarla gözlətmə, yaranan növbələrdə narazılıq, konsulluğun qapısında dayanan Anar adlı polisin kobut rəftarı, viza üçün müraciət edən insanla görüşən adı heç kimə bəlli olmayan xanm əməkdaşın aqerssiv cavabları ortaya ciddi suallar çıxarır.
Elə isə ortada qəribə bir neçə sual yaranır? Polşanın Azərbaycandakı konsullu nə etmək istəyir? Əgər viza verilməyəcəksə vətəndaşları əlavə xərcə salıb niyə əlavə sənəd tələb edir? Ümumiyyətlə, hansı hallarda imtina mümkündür? Konsul hardan bilir ki, işlə bağlı Polşaya gedən vətəndaş qayıtmayacaq? “VİP Şirkətlər” nə deməkdir? Konsulun bundan xəbəri varmı?

Maraqlı suallardır və bu suala cavab tapmaq üçün Konsulluqla əlaqə saxlamağa çalışsaq da, telefonları qaldıran olmadı. Konsulluğun mövqeyini öyrənməyə çalışacağıq.

Şərhlər

XƏBƏR LENTİ