SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İradə Gülməmmədova Güzdək sakinləri ilə görüşdü - FOTOLAR

İradə Gülməmmədova Güzdək sakinləri ilə görüşdü - FOTOLAR

Tarix:

16-02-2019, 14:27

/ 879 dəfə oxundu.
İradə Gülməmmədova Güzdək sakinləri ilə görüşdü - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmdəovanın rayonun Güzdək qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilib.

Daxil olan məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

İ.Gülməmmədova ölkə ərazisində və Abşeron rayonunda görülən işlərdən, aparılan quruculuq və abadlıq tədbirlərindən danışaraq respublikamızın günü-gündən inkişaf etməsinə diqqət çəkib. Güzdək qəsəbəsinin əsas problemlərinin həll olunduğunu, artıq içməli su və təbii qazla təmin edildiyini qeyd edən başçı bu istiqamətdə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Sonra Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Fəxrəddin Orucov və sözügedən qəsəbə bələdiyyəsinin sədri Həsən Hacıağayev hesabat xarakterli çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.

Bununla yanaşı kəndin elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması, yeni salınan yaşayış massivlərinin kommunal xidmətlərlə, eləcə də telefon xəttləri ilə əhatə olunmasında və “xeyir-şər evi”nin tikilməsində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
İradə Gülməmmədova Güzdək sakinləri ilə görüşdü - FOTOLAR
İradə Gülməmmədova Güzdək sakinləri ilə görüşdü - FOTOLAR
İradə Gülməmmədova Güzdək sakinləri ilə görüşdü - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ