SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

“Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

Tarix:

14-02-2019, 20:42

/ 1 622 dəfə oxundu.
“Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

Fevralın 14-də Abşeron Rayon İcra Hakimiyyəti (RİH) və Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon şöbəsinin əməkdaşı Nəzi Pirişov, Abşeron RTŞ-nın müdiri Nazilə Məmmədova və və ictimaətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə F.Cəbrayılov açaraq dini radikalizmə qarşı effektiv mübarizə metodu kimi dini maarifləndirmə işinin əhəmiyyəti haqqında danışıb.
Abşeron RTŞ-nın müdiri Nazilə Məmmədova dini radikalizm və onun fəsadları, cəmiyyətə vurduğu zərbələrin acı nəticələri, habelə dini radikalizmə və ekstremizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron şöbəsinin Əməkdaşı Nəzi Pirişov terrorçuluğun forma və mahiyyəti haqqında söhbət açıb. O qeyd edib ki, dünyada baş verən qloballaşma şəraitində terror bütün bəşəriyyət üçün təhlükəyə çevrilib və müasir zamanda terrorçuluğun və dini ekstremizmin əsas hədəfləri ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, suveren dövlətlərin ərazilərini qəsb etməyə yönəlib. Bunun qarşısının alınması üçün din xadimlərinin və dindarların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
“Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi
“Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi
“Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi
“Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

Şərhlər

XƏBƏR LENTİ