SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərsun” anti-xalq bahalaşmanı təsdiqlədi: Şirkətdən “ayıbına kor olmaq əvəzinə” - Suçlama

“Azərsun” anti-xalq bahalaşmanı təsdiqlədi: Şirkətdən “ayıbına kor olmaq əvəzinə” - Suçlama

Tarix:

16-01-2017, 20:04

/ 1 911 dəfə oxundu.
“Azərsun” anti-xalq bahalaşmanı təsdiqlədi: Şirkətdən “ayıbına kor olmaq əvəzinə” - Suçlama

“Azərsun Holdinq” MMC məhsullarını yenə bahalaşdırıb. Şirkət öz “ayıbına kor olmaq əvəzinə”, medianı günahkar çıxarıb

Sanki qiymət artımı barədə tapşırıq verən yaxud ağ yalan yazan mətbuat imiş. Hərçənd ki, faktiki olaraq bu holdinqin məhsullarında yenə bahalaşma qeydə alınıb.

“Azərsun Holdinq” MMC məhsullarının bahalaşması ilə bağlı məlumatlara guya aydınlıq gətirmək istəyib.

“Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov deyib ki, bahalaşma kütləvi xarakter daşımır: “Bizim indiyə qədər satdığımız məhsullar anbarlardakı ehtiyat məhsullarımız idi.

Onlar bitdiyi üçün xaricdən xammal almalı olduq. Bu xammal isə dolların yeni məzənnəsi ilə alınıb. Ona görə də bəzi məhsulların qiymətində cüzi bahalaşma müşahidə edilə bilər.

Amma bu, bəzi qara piar kampaniyalarında yazıldığı kimi kütləvi bahalaşma deyil”. Şirkət rəsmisinin sözlərinə görə, istehlakçılar bundan sonra məhsulları daha stabil qiymətlərlə alacaqlar.

O qeyd edib ki, ölkə Prezidentinin verdiyi son göstərişlər, Neft Fondundan Mərkəzi Banka transfertlərin reallaşması qısa müddətdə iqtisadiyyatda öz effektini verəcək:

“Bu addımlar sabit, stabil mühitə zəmin yaradır. Hazırda iqtisadiyyatda yaranan stabillik qiymətlərə də təsir göstərəcək”.

Holdinq sözçüsü “kütləvi xarakter almır” deməklə nəyi nəzərdə tutduğu aydın deyil. Söhbət ondan gedir ki, “Azərsun”un qənd, çay, şəkər tozu, yağ və s. gündəlik tələbat məhsullarının qiyməti qalxıb.

Və kütləvi deyərkən, ölkənin hər yerində bu bahalaşma müşahidə olunub. Digər məhsulların qalxmamasına gəlincə, holdinq rəhbəri Abdolbari Gözəl supermarketlərdə monitorinq aparsa, tək-tək bir neçə dükanı gəzsə çox yaxşı olardı.

Hər halda xalqı aldadan mətbuat yox, sözügedən şirkətdir. Ardıcıl neçənci dəfədir ki, qiymət artımına gedən “Azərsun” əhalinin güzəranını nəzərə almır. Məhsullarını sakitcə və mərhələli şəkildə bahalaşdıran şirkət böhrandan zərərsiz çıxmağa çalışır.

Yanvarın 5-dən etibarən bu holdinqin məhsullarında 8 faiz bahalaşma qeydə alınıb. Prezident İlham Əliyev süni qiymət artımının yolverilməz olduğunu vurğulayıb. Amma ölkənin aparıcı istehsalat müəssisəsi olan “Azərsun” yeni il girər-girməz bahalaşmaya gedib.

Ölkənin əsas qida istehsalçısı olan şirkət gömrük rüsumları qalxar-qalxmaz məhsullarını bahalaşdırmağa başladı. Artıq böhranın üçüncü dalğası yaşanır və şirkət tələm-tələsik zərər etməsin deyə əhalinin cibinə girir.

Sosial gərginliyə aparan bu artımın söz narazılığından əməli etiraza keçəcəyi istisna deyil. Prezidentin tapşırığı əsasında süni qiymət artımına yol verənlər cəzalandı, proses tənzimləndi.

Amma istənilən halda bahalaşmanın qabağını tamamilə almaq mümkün olmadı. Xüsusilə də idxal olunan məhsulların qiymətində artım qeydə alındı.

Şərhlər

XƏBƏR LENTİ