XalqXəbər.Az

Daha bir məktəbdə uşaq müəllimə tərəfindən döyüldü - FOTO

yüklənir...
Daha bir məktəbdə uşaq müəllimə tərəfindən döyüldü - FOTO
12-02-2019, 11:25
yüklənir...

Bolgexeber.com-a daxil olan məlumata görə 44 saylı orta məktəbdə təhsil alan aşağı sinif şagirdi Şükürzadə Zəhra Rövşən qızı Elmira adlı müəllimə tərəfindən döyülüb. Şükürzadə Zəhranın atası Şükürov Rövşən Əlibarat oğlunun saytımıza dediyinə görə qızı dərs zamanı Elmira müəllimə tərəfindən dəmir xətkeşlə döyülməyə məruz qalıb. Məsələ ilə bağlı Təhsil Nazirliyinin Qaynar Xətti ilə əlaqə saxladıq. Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildidi ki,faktla bağlı aidiyyatı qurumlar maraqlanacaq.Uşağın valideyini həmçinin bildirdi ki,övladının döyülməsi ilə bağlı Baş Prokurorluğa və Daxili işlər nazirliyinə də müraciət edəcək.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun verdiyi yeni məlumata görə isə artıq Bakı şəhər Təhsil İdarəsinin Araşdırma şöbəsinə gösəriş verilib ki,məsələ ilə bağlı araşdırma aparılsın.
Daha bir məktəbdə uşaq müəllimə tərəfindən döyüldü - FOTO
Daha bir məktəbdə uşaq müəllimə tərəfindən döyüldü - FOTO

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.