SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı sakinləri Eldar Əzizovdan kömək istəyir: "PASSAGE 145" RESTORANI YOLUMUZU ZƏBT EDİB - VİDEO+FOTO

Bakı sakinləri Eldar Əzizovdan kömək istəyir: "PASSAGE 145" RESTORANI YOLUMUZU ZƏBT EDİB - VİDEO+FOTO

Tarix:

9-02-2019, 16:05

/ 1 675 dəfə oxundu.
Bakı sakinləri Eldar Əzizovdan kömək istəyir: "PASSAGE 145" RESTORANI YOLUMUZU ZƏBT EDİB - VİDEO+FOTO

Bakının mərkəzində, "Tarqovı”nın tam mərkəzində fəaliyyət göstə restoran vətəndaşların gediş-gəliş yolunu zəbt edib. Bu barədə 7NEWS.az-a ərazidə yaşayan sakinlər məlumat verib.
Onların sözlərinə görə, bugünlərdə Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən "PASSAGE 145" restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər:

"Restoran yeni işə başlayanda yalnız yolun sağ tərəfinə masalar yerləşdirmişdi. Bunun özü də şəhərin mərkəzi sayılan bu ərazidən keçən vətəndaşların rahat hərəkəti üçün problem yaradırdı. Amma düşündük ki, biraz səbr edək, yaydır, qoy işləsinlər. Ancaq bundan ruhlanan restoran sahibləri artıq neçə gündür ki, yolun sol tərəfin də "işğal ediblər”.
Üstəlik ortada qalan kiçik cığıra da qəlyan və "ventilyator” yerləşdiriblər. Açıq şəkildə deyirlər ki, bu kafedə oturmayacaqsınızsa, bu yoldan keçməyin”.

Sakinlərin sözlərinə görə, 1 gün öncə restoranın yolun ortasına qoyduğu qəlyan cihazı kiçik yaşlı uşaqlardan birinin üzərinə düşüb: "Ətrafdakılar dərhal müdaxilə etməsəydilər, uşaq ağır xəsarət alacaqdı”.

Şikayətçilər bildirirlər ki, onlar yaranmış vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə (JEK) müraciət etsələr də, sahə rəhbərliyi "bizim onlara gücümüz çatmır, razılığı "Baksovet”dən alıblar” şəklində cavab verib. Sakinlər restoran tərəfindən zəbt olunan yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan kömək gözləyirlər.
Məsələ ilə bağlı restoranın internetdə qeyd olunan nömrələrinə zəng edim münasibət öyrənməyə çalışsaq da hələ ki, cəhdlərimiz uğursuz olub.

7NEWS.az

Bakı sakinləri Eldar Əzizovdan kömək istəyir: "PASSAGE 145" RESTORANI YOLUMUZU ZƏBT EDİB - VİDEO+FOTO
Bakı sakinləri Eldar Əzizovdan kömək istəyir: "PASSAGE 145" RESTORANI YOLUMUZU ZƏBT EDİB - VİDEO+FOTO
Bakı sakinləri Eldar Əzizovdan kömək istəyir: "PASSAGE 145" RESTORANI YOLUMUZU ZƏBT EDİB - VİDEO+FOTO

Şərhlər

XƏBƏR LENTİ