SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Sosial Pedaqoji Kollecində “oxumamağın qiymətləri” yüksəlib

Bakı Sosial Pedaqoji Kollecində “oxumamağın qiymətləri” yüksəlib

Tarix:

10-03-2017, 18:11

/ 1 900 dəfə oxundu.
Bakı Sosial Pedaqoji Kollecində “oxumamağın qiymətləri” yüksəlib

Direktor Vaqif Əmiraslanovu himayə edənlərin hamıya məlum olan həqiqətlərdən xəbəri yoxdurmu?

Təəssüf ki, qazandığı uğurlardan çox çatışmamazlıqları, problemləri ilə gündəmdən düşməyən Azərbaycan təhsilinin bu günkü səviyyəsi heç də ürəkaçan deyil. Xüsusilə istər orta-ixtisas və ali təhsil ocaqlarında hökm sürən rüşvətxor, korrupsioner mühit ölkənin elmi potensialına dəhşətli zərbələr vurur. Xalqımızın gələcəyinə, elmimizin “inkişafına” yorulmadan öz “töhfələrini” verən təhsil müəssisələrindən biri də Bakı Sosial Pedaqoji Kollecidir. Əvvəlki adı Bakı Məktəbəqədər Pedoqoji Texnikomu olan, 2010-cu ildən isə Kollec kimi fəaliyyət göstərən təhsil ocağı 2016-cı ildən Bakı Humanitar Kollecinə qoşulmuşdur. Gələcəyin pedoqoqlarını hazırlayan Kollecdə bu gün elə vəziyyət yaranıb ki, dünyanın qabaqcıl universitetləri, akademiyaları belə buna həsəd apara bilərlər. Düzdür, burada hansısa bəşəri əhəmiyyətli ixtira olunmayıb və yaxud elmi əsər yazılmayıb. Sadəcə Kollecdə təhsil prosesi olmadan, dərs keçilmədən kadr “hazırlamağın”, diplom verməyin yeni üsulları tapılıb.

Kollecin direktoru Vaqif Əmiraslanovun “qayğısı” nəticəsində qiymətlər semestrdən-semestri artır. Düşünməyin ki, söhbət tələbələrin aldığı qiymətdən gedir. Tam fərqli olaraq burada söhbət tələbələrin “verdiyi” qiymətdən, yəni semestr imtahanlarında toplanan rüşvətin məbləğindən gedir.

Verilən məlumatlara görə son imtahan sesiyası zamanı rüşvətxorluq bütün çərçivələri aşıb. Tələbələr nə qədər inandırmağa çalışsalar ki, böhran vəziyyətində deyilən məbləği verməyə gücləri çatmır, onları eşidən olmayıb. Onlar kollecin direktorunun yaranmış vəziyyətə əncam çəkəcəyini düşünsələr də sonda başa düşüblər ki, bütün baş verənlərə rəvac verən əslində V. Əmiraslanovun özüdür.

Məlumatlarda göstərilir ki, Kollecdə dərslərə davamiyyət çox aşağıdır. Əksər fakultələrdə, xüsusilə Təsviri-incəsənət fakultəsində tələbələrin dərsə davamiyyəti pisdir. Təbi ki, dərsə gəlməmənin də öz “haqqı” var və bunu ödəyən tələbələr “oxumamış alim” adını ala bilirlər.

Həmçinin son qış imtahan sesiyasında tələbələr 400-500 manat məbləğində puldan keçməli olublar. Bu zaman oxuyub-oxumamanın heç bir əhəmiyyət daşımadığı bildirilir.

Deyilənə görə, bu məbləği ödəməyənlər istənilən halda bir bəhanə ilə məktəbdən xaric olunurlar. Həmçinin aldığımız məlumatlarda bildirilir ki, bu gün Bakı Sosial-Pedaqoji Kollecində təhsilin səviyyəsi indiyədək görünməmiş qədər aşağı düşüb. Xatırladaq ki, bu təhsil müəssisəsində Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təhsildə korreksiyaedici təlim; Məktəbəqədər təlim və tərbiyə ixtisasları tədris olunur. Sessiya imtahanları isə, son bir neçə ildə aşkar şəkildə alver predmetinə çevrilib.

Həmçinin verilən xəbərlərə görə, bu kollecdə imtahanların qiyməti fənlərə və müəllimlərə görə dəyişir. Belə ki, hər bir fənnin və həmin fənn üzrə dərs deyən müəllimin “özünün” qiyməti var ki, tələbələr də artıq bunları çox gözəl bilirlər. Bundan başqa isə, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100-150 manatdır. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar.

Bütün baş verənlərdə kollecin şöbə müdiri Xəyalə Əhmədovanın da “müstəsna rolu” vardır.

Rubrika.az-a verilən xəbərlərə görə Kollecin direktoru Vaqif Əmiraslanova təhsil ocağını bu vəziyyətə salmasına rəğmən “gözün üstə qaşın var” deyilməməsinin də səbəbləri vardır. Bildirilir ki, Təhsil Nazirliyində çalışan Yaqub Piriyev tərəfindən himayə olunan direktor bu səbəbən də kimsəylə hesablaşmır. Yəqin bu səbədəndir ki, kollecdə hökm sürən “rüşvət mühiti” hamıya məlum olsa da Təhsil Nazirliyinə məlum deyil.

Şərhlər

XƏBƏR LENTİ