SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Qaçqınkom”un bəzi müəssisələri ləğv edildi

“Qaçqınkom”un bəzi müəssisələri ləğv edildi

Tarix:

22-01-2019, 17:22

/ 891 dəfə oxundu.
“Qaçqınkom”un bəzi müəssisələri ləğv edildi

Qaçqınları və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsinin tabeliyində olan bir sıra müəssisələr ləğv edilib.

BakuPost-un "Vergilər” qəzetinə istinadən verdiyi məlumata görə, Təsərrüfat hesablı Təchizat və İstehsalat idarəsinin tabeliyində olan Mərdəkan Sənaye Kombinatı, Füzuli rayon "Qarabağ” Qaçqın Fermer Təsərrüfatı, Sabirabad rayonu "Araz” İstehsal və Təlim Kombinatı, Zəngilan rayonu "Alıbəyli” və Kənd təsərrüfatı müəssisəsi, və Qubadlı rayonu "Top Çinar” Aqrar Fermer Təsərrüfatı Komitənin 15 yanvar 2019-cu il tarixli 04 nömrəli əmri ilə ləğv edilib və ləğvetmə komissiyası yaradılıb.

Bu əmrdən irəli gələn məsələlərin həll edilməsi ilə əlaqədar ləğvetmə komissiyasının məlumatında bildirilir ki, kombinatların sonradan qeydiyyatdan çıxarılmaqla tam ləğvetmə proseduruna başlanıb. Ləğvedilən kombinatın kreditorlarının nəzərinə çatdırılır ki,kreditor tələblərinə baxılması üçün bu məlumat dərc edilən gündən etibarən 2(iki) təqvim ayı müddətinə yazılı formada ləğvetmə komissiyasına müraciət etsinlər.

Şərhlər

XƏBƏR LENTİ