SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » PROKURORLUQ TƏRTƏRİN İCRA BAŞÇISINDAN OLAN ŞİKAYƏTİ ARAŞDIRIR-VİDEO

PROKURORLUQ TƏRTƏRİN İCRA BAŞÇISINDAN OLAN ŞİKAYƏTİ ARAŞDIRIR-VİDEO

Tarix:

22-01-2019, 15:30

/ 2 146 dəfə oxundu.
PROKURORLUQ TƏRTƏRİN İCRA BAŞÇISINDAN OLAN ŞİKAYƏTİ ARAŞDIRIR-VİDEO

1-ci qrup Qarabağ müharibəsi qazisi Cəfər Hüseynov:««Təzadlar» qəzetində dərc olunmuş şikayətimizlə bağlı Tərtər rayon prokuroru Şıxəli Alməmmədov bizi qəbul etdi, araşdırmanı müstəntiq Şahin Məmmədova tapşırdı…»
«Təzadlar»ın dünənki buraxılışında Tərtər rayonunun Qaraağacı kənd İnzibati Ərazi dairəsinin Qaradağlı kəndində qeydiyyatda olan, 1-ci qrup Qarabağ müharibəsi qazisi Hüseynov Cəfər Əli oğlunun və Tərtərin N.Nərimanov küçəsi, ev-15, mənzil- 02 ünvanda qeydiyyatda olan Məmmədov Elçin Saleh oğlunun Prezident İlham Əliyevə, surəti Azərbaycan Respublikasının 1-ci vitse- prezidenti Mehriban xanım Əliyevaya, Baş prokuror Cənab Zakir Qaralova, Baş Nazir cənab Novruz Məmmədova, kənd təsərrüfatı naziri İnam Kərimova və surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı şikayət ərizəsi dərc olunmuşdur.
Qısa olaraq dyək ki, şikayətçilərdən 1-ci qrup Qarabağ müharibəsi qazisi Hüseynov Cəfər Əli oğlu uğrunda döyüşərək ağır yaralandığı, bir qolunu itirdiyi Tərtərin Şıxarx adlanan ərasindən pambıq əkini üçün torpaq sahəsini icarəyə götürmək istəyib. O, istəyini yazılı ərizə ilə Tərtərin icra başçısı Müstəqim Məmmədova çatdırıb, başçı onu qəbul edərək deyib ki, şöbə müdiri Fizuli Əliyevə tapşırıq verərəm, o sizi istədiyiniz torpaq sahəsi ilə təmin edər. Cəfər Hüseynovla birgə pambıq əkmək istəyən Məmmədov Elçin Saleh oğlunu icra hakimiyyətinə çağırırlar və F.Əliyev deyir ki, başçı tapşırıq verdi, get 27000 (iyirmi yeddi min) manat pul gətir, Şıxarx qəsəbəsində olan boş torpaqdan 30 hektar torpaq sahəsini icarəyə verərik. Həmin pul tapılıb gətirilir, son anda isə həmin torpaq başqalarına yüksək məbləğlə icarəyə verilir və s.
Biz şikayətçilərin yazdıqlarının sübutunu tələb edərək onları redaksiyaya dəvət etdik. Redaksiyamızda olan şikayətçilər yazdıqlarını təsdiqləyən maddi sübutları təqdim etdilər, əlavə olaraq videomüsahibə verdilər. Sənədlərdən və səs yazılarından, şahidlərin danışdıqlarından məlum olurdu ki, hətta Mingəçevirdə lombarddan götürlümüş pul da deyilən məqsəd üçün toplanıb.
Sonra qarşı tərəfin mövqeyini öyrənmək üçün həm Tərtər RİH-nin şöbə müdiri Füzuli Əliyevlə, həm də Tərtər RİH-nin başçısı Müstəqim Məmmədovla telefon əlaqəsi saxlamış, onların mövqeyi öyrənilmişdir (yazıda təqdim olunmuşdur). İH başçısı söz vermişdi ki, şikayətçilərin problemlərini mütləq həll edəcək. Lakin iki gün keçəndən sonra məlum olub ki, başçının tapşırığı ilə şikayətçilərin ticarət köşkü buldozerlə sökülüb dağıdılır. «Cənab Prezidentə ünvanlı şikayətimiz qəzetdə dərc olunandan sonra icra başçısının tapşırığı ilə bizə qarşı cəza tədbiri görülür və bu gün buldozer göndərilib ki, köşkümüz dağıdılsın», -deyən 1-ci qrup Qarabağ müharibəsi qazisi Cəfər Hüseynov və Elçin Məmmədov ölkə başçısından onun tapşırıqlarının əleyhinə gedən başçıya qarşı tədbir görüməsini xahiş edirdilər…

Tərtər rayon Prokurorluğu şikayəti nəzarətə götürdü…

Bu gün şikayətçilər- 1-ci qrup Qarabağ müharibəsi qazisi Cəfər Hüseynov və Elçin Məmmədov redaksiyamıza zəng vuraraq bildirdilər ki, onları Tərtər rayon Prokurorluğuna çağırıblıar:
-Bizi əvvəlcə prokuror, çox hörmətli Şıxəli Alməmmədov qəbul etdi, qəzetdə dərc olunmuş yazını oxudu, videoçıxışımıza baxdı. Bizdən qeyd olunan pulun nə məqsədlə və kimlərdən borc yığaraq topladığımızı sübut edən müvafiq sənədləri istədi. Biz əlimizdə olan bütün sübutları təqdim etməyə hazır olduğumuzu bildirdik. Prokuor təəssüf hissi ilə bildirdi ki, fermerlərə qarşı belə münasibət olub… Sonra şikayətin araşdırılmasını prokurorluğun baş müstəntiqi Şahin müəllimə tapşırdı. Sabah deyilən sənədləri və digər sübutları prokurorluğa təqdim edhəcəyik. Prpkuror İıxəli müəllimə minnətdarıq ki, biz fermerlərin şikayətinə belə həssas yanaşdı. İnanırıq ki, pozulmuş hüququmuz bərpa ediləcək. Bizə təkcə mənəvi deyil, həm də maddi ziyan vurulub. Çünki lombarda artıq iki aydır ki, faiz ödəməli oluruq…
Məsələyə dair mövqeyini öyrənmək üçün Tərtər rayon Prokurorluğunun müstəntiqi Şahin Məmmədovun …. 10-90 saylı mobil telefonuna zəng vurduq, lakin nə səbəbəsə cavab vermədi. Onun da münasibətini dərc etməyə çalışırıq…

Şərhlər

XƏBƏR LENTİ