SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək

İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək

Tarix:

19-01-2019, 00:23

/ 956 dəfə oxundu.
İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək

Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Abşeron rayonunda daim diqqət mərkəzində saxlanılır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın növbəti səyyar qəbulu yanvarın 21-də, saat 11:00-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində, Xırdalan şəhər sakinləri ilə keçiriləcək.

Qəbulda yalnız Xırdalan şəhər sakinləri iştirak edə bilərlər.

Şərhlər

XƏBƏR LENTİ