SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərsun”un 100-ə yaxın işçini ixtisar etməsinin müdhiş səbəbləri

“Azərsun”un 100-ə yaxın işçini ixtisar etməsinin müdhiş səbəbləri

Tarix:

17-01-2019, 18:56

/ 1 095 dəfə oxundu.
“Azərsun”un 100-ə yaxın işçini ixtisar etməsinin müdhiş səbəbləri

“Azərsun Holdinq”də 100-ə yaxın işçinin ixtisar olunmasının səbəbləri məlum olub

Məsələnin kökündə vergi amili dayanır.

Hazırda vergi sistemində sahibkarlar hesab faktura təqdim edirlər. Müştərilər vergi “əməliyyatı”na görə mal almır.

Çünki satdıqları qədər vergi fakturası təqdim etməlidirlər. Məsələn, əvvəl 50 min vergi ödəyirdisə, indi 100 min hesab faktura verməldir.

Bildirilir ki, Vergilər Nazirliy hesab faktura sisteminə keçib və son zamanlar “Azərsun”dan sahibkar - müştərilər az mal yazdırmağa başlamışdılar.

Ona görə ölkənin ən böyük yeyinti sənayesinə mali olan holdinq çıxış yolunu ixtisarlarda görüb. Belə ki, indi 5 nəfərin işini 1 nəfər görəcək.

Unikal.org-un əldə etdiyi məlumata görə, şirkətin tabeçiliyində olan bir sıra layihələrin icrasına xitam verilib. Nəticədə şirkətdə çalışan 100-ə yaxın işçi vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov şirkətdə bir sıra layihələrin icrasının dayandırıldığını və işçilərin ixtisar olunduğunu təsdiqləyib:

“Azərsun Holdinq”ə məxsus istehsal müəssisələrində müasir avadanlıqların tətbiq edilməsindən və proseslərin avtomatlaşdırılmasından sonra bəzi vəzifələrdə çalışan insanların ixtisar edilməsi zərurəti yaranıb və həmin əməkdaşlar şirkətimizdən ayrılıblar. İşdən azad olunan işçilərin sayı isə 100-dən aşağıdır”.

Kadır dəyişikliyinə gəlincə A.Səfərov bu işin də icrası ölkə qanunvericiliyinin tələblərinə əsasən həyata keçirildiyini deyib: “Şirkətimizdə kadr siyasəti tam olaraq Azərbaycan qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilib.

“Azərsun Holdinq” daxilində digər şirkətlərdə olduğu kimi müxtəlif kadr islahatları həyata keçirilir, lakin hələ ki, ictimaiyyət üçün maraqlı ola biləcək yeniliklər mövcud deyil. Belə bir hal olarsa bununla bağlı açıqlama veriləcək”. “Azərsun” vergi məsələsini yoluna qoymaq üçün ixtisarlara əl atmağa məcbur qalıb.

Lakin bu qədər maliyyə resursu olan və ölkədə qida sənayesində ən böyük paya sahib olan “Azərsun”un bunu işçilərin canından çıxarması, ilin-günün bu vaxtından 100 ailəni çörəksiz qoyması heç yaxşı hal deyil.

“Azərsun Holdinq” kütləvi narazılıqlar doğuran istehsalat müəssisəsinə çevrilməkdədir. Holdinq rəhbərliyinin tez-tez adı hallanan neqativ proseslərlə bağlı ağır ittihamlar irəli sürülür.

Bu iddiaların içərisində ana xətt kimi keçən tezislər işçilərlə əmək müqaviləsi bağlanmamağı, az maaş qarşılığında onların istismar olunmağıdır.

Yer alan xəbərlər arasında şirkətin kütləvi ixtisarlara getməsi, fəhlələrin hüquqlarını pozması ilə yanaşı, maxinasiya faktları da üstünlük təşkil edir. Bu gtünlərdə mətbuatda buna dair məhkəmə prosesləri haqda faktlar da dərc olunub.

Bu araşdırmalar zamanı meydana çıxan detallardan “Azərsun Holdinq” rəhbəri Abdolbari Gözəlin xəbəri ola da, olmaya da bilər.

A.Gözəlin ətrafında məkrli qüvvələrin olduğu da söyləntilər arasındadır. Növbəti fakt - “Azərsun Holdinq” şirkətinin fabrikləri “ölüm maşını”na çevrilməkdədir.

Şirkətin fabriklərində çalışan fəhlələrin həyati təhlükəsizliyinə zəmanət verilmir. Şirkətin minlərlə işçi qüvvəsi var və heç biri ilə əmək müqaviləsi bağlanmır. Hazırda fəhlələr müqaviləsiz, sığortasız qəpik-quruş maaşa çalışır.

Onların istehsalat zamanı üzləşəcəyi qəzaya görə nə kompensasiya ödənilir, nə də ailəsinə yardım olunur. Şirkət prezidenti Abdolbari Gözəlin Türkiyədən cəlb olunan işçilərə xüsusi qayğısı fəhlələr arasında ayrı-seçkilik yaradıb.

Məlumatda o da qeyd edilir ki, yaxın keçmişdə “Azərsun”un yağ fabrikində iki nəfər ehtiyatsızlıqdan əllərini itirib. Şirkət isə bu məsələni ört-basdır etməyi bacarıb.

Hər iki işçinin başına gələn hadisəni gizlətmək üçün “City Hospital” klinikasına yerləşdiriblər. Onların əlləri amputasiya olunub. A.Gözəlin rəhbəri olduğu fabrikdən isə onlara heç bir kompensasiya ödənilməyib.

Media yazır ki, “Azərsun”da tez-tez fəhlələr xəsarət alır, onlar şirkətin özünə aid olduğu iddia edilən “City Hospital” klinikasına yerləşdirilir və xəsarətləri ört-basdır edilir.

Çox zaman isə onlar öz hüquqlarını bilmədikləri üçün 1-2 aylıq əməkhaqlarının ödənməsi müqabilində razılaşaraq sakit qalırlar.

Qarşı tərəfi dinləməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ