SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Xırman” şirkətindən analoqu olmayan qaymaq: 30 fevrala qədər müddəti var

"Xırman” şirkətindən analoqu olmayan qaymaq: 30 fevrala qədər müddəti var

Tarix:

14-01-2019, 14:46

/ 1 941 dəfə oxundu.
"Xırman” şirkətindən analoqu olmayan qaymaq: 30 fevrala qədər müddəti var

"Xırman” şirkəti istehsal etdiyi "Qaymaq” məhsulun üzərində son istifadə müddətinin 30 fevral göstərilməsi sosial şəbəkələrdə geniş tənqid olunub.

Unikal.org xəbər verir ki, fevral ayı 28 gün və 4 ildən bir 29 gün olduğu halda “Xırman” firması istehsal etdiyi süd məhsulu olan qaymağın üzərində 30.02.2019-cu il qeyd edib.

Belə ki, aktiv sosial şəbəkə istifadəçisi olan Elyar İslamoğlu öz profilində məhz “Xırman” firmasına məxsus olan Qaymaq məhsulunun üzərində tarix saxtalığını aşkar edərək paylaşıb.

Məsələyə “Qida Təhlükəsizliyi Agentliyinin” lazımı münasibət bildirəcəyinə ümid edirik.

Qeyd edək ki, həmin məhsul "Qaymaq” qatılaşdırılmış şəkərli südüdür.
"Xırman” şirkətindən analoqu olmayan qaymaq: 30 fevrala qədər müddəti var

Şərhlər

XƏBƏR LENTİ