SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baş nazirdən Gənclər və İdman Nazirliyi ilə bağlı qərar

Baş nazirdən Gənclər və İdman Nazirliyi ilə bağlı qərar

Tarix:

14-01-2019, 14:39

/ 3 337 dəfə oxundu.
Baş nazirdən Gənclər və İdman Nazirliyi ilə bağlı qərar

Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişikliklər edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərar əsasən, büdcədən maliyyələşdirilən qurumlar bölməsinə aşağıdakı məzmunda hissələr əlavə edilib.

“Suraxanı Gənclər evi” sosial xidmət müəssisəsi;

“Xəzər Gənclər evi” sosial xidmət müəssisəsi;

“Sabunçu Gənclər evi” sosial xidmət müəssisəsi;

“Qaradağ Gənclər evi” sosial xidmət müəssisəsi;

"Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsi;

“Tovuz Gənclər evi” sosial xidmət müəssisəsi;

“Gəncə Gənclər evi” sosial xidmət müəssisəsi;

“Şirvan Gənclər evi” sosial xidmət müəssisəsi;

“Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsi;

“Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi;

“Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi;

“Balakən Gənclər evi” sosial xidmət müəssisəsi”.

Bununla yanaşı, 50-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 51-58-ci hissələr əlavə edilib: Qazax Olimpiya İdman Kompleksi MMC, Zaqatala Olimpiya İdman Kompleksi MMC; “Şəki Olimpiya İdman Kompleksi MMC ; Qusar Olimpiya İdman Kompleksi MMC; Abşeron Olimpiya İdman Kompleksi MMC; Ağcabədi Olimpiya İdman Kompleksi MMC; Buzovna İdman Zalı MMC; Bakı İdman Sarayı MMC.”.

Şərhlər

XƏBƏR LENTİ