SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının məşhur "beş ulduzlu" otelində ACINACAQLI VƏZİYYƏT - FOTOLAR

Bakının məşhur "beş ulduzlu" otelində ACINACAQLI VƏZİYYƏT - FOTOLAR

Tarix:

12-01-2019, 23:53

/ 1 548 dəfə oxundu.
Bakının məşhur "beş ulduzlu" otelində ACINACAQLI VƏZİYYƏT - FOTOLAR

Paytaxtın məşhur "Hyatt Regency Baku" otelində anti-sanitariya vəziyyətinin hökm sürdüyü iddia olunur.

Bu barədə Demokrat.Az-a otelin müştərilərindən şikayət daxil olub.

Şikayətçilər oteldəki mövcud vəziyyəti əks etdirən fotoları da redaksiyamıza göndəriblər.

Fotolardan aydın olur ki, otelin idman zalında, hovuz və saunasında, soyunma və geyinmə otaqlarında şərait yaxşı vəziyyətdə deyil.

Şikayətçilər bildirir ki, otelin idman zalından, hovuz və hamamından istifadə etmək üçün xeyli miqdarda pul ödəsələr də, ancaq həmin vəsaitin müqabilində yaxşı xidmət göstərilmir.

"Adını "5 ulduz" otel adlandırır, ancaq "1 ulduz" otelin belə xidmətini göstərmirlər. Biz dəfələrlə otel rəhbərliyinə anti-sanitariya vəziyyəti barədə şikayət etmişik, ancaq problemlər hələ də həllini tapmır. Oteldə müştərilərə qarşı da ayrı-seçkilik var. Təsəvvür edin ki, otelin idman zalı, hamam və soyunma-geyinmə otaqlarına ərəb turistləri və digər bahalı müştəriləri ayaqqabı ilə buraxırlar. İçəridə iyrənc vəziyyət yaranır. Bu da məni və digər müştəriləri narahat edir. Biz dəfələrlə otel əməkdaşlarına bildirmişik ki, ərəb və digər turistləri idman zalına çirkli ayaqqabı ilə buraxmaq olmaz. Burada digər müştərilərin hüquqları kobud şəkildə pozulur. Bu barədə otelin "şikayətlər qutusu"na da şikayətlərimizi atmışıq. Amma şikayətimizə məhəl qoyan olmur".

Sözügedən ittihamlarla bağlı otelin idman klubunun meneceri Ramin Əzizov ilə əlaqə saxladıq. O sadalanan ittihamların doğru olmadığını söyləyib:

"Mən ixtisasca həkiməm, tibb və gigiyena sahəsində təcrübəm var. Ona görə də menecer kimi çalışdığım otelin idman zalı və hovuzunda anti-sanitariya vəziyyətinin olması barədə ittihamlar tamamilə yalandır. Eyni zamanda oteldə müştərilərə qarşı heç bir ayrı-seçkilik yoxdur. Mən sizi dəvət edirəm, gəlib oteldəki şəraitlə yaxından tanış olun".

Şikayətçilərin redaksiyamıza göndərdiyi fotoları da təqdim edirik:

Demokrat.az

Şərhlər

XƏBƏR LENTİ