SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Lider TV cərimələndi - Məhkəmə qərarı

Lider TV cərimələndi - Məhkəmə qərarı

Tarix:

12-01-2019, 23:45

/ 1 436 dəfə oxundu.
Lider TV cərimələndi - Məhkəmə qərarı

Milli Televiziya və Radio Şurası 2018-ci ildə yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirlərini açıqlayıb.
BakuPost-a istinadən məlumata görə, şura tərəfindən aparılmış monitorinqlər zamanı Lider televiziyasının efirində 2 noyabr 2018-ci il tarixdə saat 09:00-11:50 arası yayımlanan "Tezdən oyan” proqramında ümumilikdə 20 (iyirmi) dəqiqə sponsor reklamı verilməsi faktı aşkar edilib və bununla "Reklam haqqında” qanunun 13.2-ci maddəsinin (Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır) tələbinin pozulduğu müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən "Lider TV və Radio Azərbaycan” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə "Lider TV və Radio Azərbaycan” MMC barəsində 5 min manat cərimə cəzası tətbiq edilib.

Şərhlər

XƏBƏR LENTİ