SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputatlar pensiya yaşını müzakirə edir

Deputatlar pensiya yaşını müzakirə edir

Tarix:

10-03-2017, 12:28

/ 1 624 dəfə oxundu.
Deputatlar pensiya yaşını müzakirə edir

Bu gün Milli Məclisin martın 7-də keçirilən plenar iclasının təxirə salınan ikinci hissəsi öz işinə başlayıb.

xalqxeber.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələ daxildir. Bunlar "Məktəbəqədər təhsil haqqında" (ikinci oxunuşda) qanun layihəsi, eyni zamanda "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Sərhəd Qoşunları haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında", "Lisenziyalar və icazələr haqqında", "Reklam haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik layihələridir.

İclasda layihələrin müzakirəsinə başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ