SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Daha bir orta məktəbdə seks qalmaqalı-BEYLƏQANDA

Daha bir orta məktəbdə seks qalmaqalı-BEYLƏQANDA

Tarix:

10-03-2017, 10:19

/ 8 848 dəfə oxundu.
Daha bir orta məktəbdə seks qalmaqalı-BEYLƏQANDA

Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z.-nın oğlan dostu Məlik Hüseynov (ad şərtidir) tərəfindən təcavüzə uğradığı deyilir. M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib. A.Z.-nı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur etdiyi bildirilir.

Bu haqda məlumatı Meydan TV yayıb. Xəbərdə bildirilir ki, yayılan videogörüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Görüntünün sinif otağında çəkildiyi aşkardır. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız “xahiş edirəm silin, nə olar, silin”, – deyə yalvarır: “Başınıza dönüm, silin, etməyin”, - deyir.

Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova uzun müddətdir həmin məktəbin direktorunun olmadığını deyib. Onun sözlərinə görə, direktor təqaüd yaşına çatdığı üçün işdən çıxıb. Məktəbi dərs hissə müdiri idarə edir:

“Bu olaydan sonra o da işdən çıxarıldı. Şagirdlərin hər ikisi (qız və oğlan) məktəbdən qovulub. Sinif rəhbəri vəzifəsindən kənarlaşdırılıb, töhmət alıb. Qız 11-ci sinif şagirdi olub. Heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur”.

Təhsil şöbəsinin müdiri deyir ki, videonu görməyib, sadəcə bu barədə məlumat alıb. Verilən məlumatda isə artıq-əskik heç nə olmayıb: “Araşdırma apardıq. İşdən azad olunanlardan savayı, uşaq birliyinə, psixoloqa şiddətli töhmət vermişik. Biz orada 3 gün olduq. Nə lazımdır etmişik. Video necə yayılıb bilmirəm, biz görməmişik. Təkcə onu bilirəm ki, orada bir qız və bir oğlandan başqa kimsə olmayıb. Videonu görmüsünüzsə, siz məndən yaxşı bilirsiniz. Bizə üstüörtülü çatdırılıb. Bu hadisəni pisləyirik və nə lazımdır cəza tədbiri görmüşük”.

Təhsil Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Beyləqan Rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildiriblər ki, həmin məktəbdə zorlama hadisəsi olmayıb, polisdə belə bir məlumat yoxdur: “Nə bizə belə bir məlumat daxil olub, nə də zorlama hadisəsi var. Oxşar bir hadisə olub. Onunla bağlı da bir nəfəri tutmuşuq, içəridədir. İçəridəki şəxslə bağlı isə məlumat verə bilmərəm. Gəlin, şöbənin rəhbərliyi ilə danışın. Daha ətraflı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayın. Mən sadəcə növbətçiyəm, mətbuat xidməti deyiləm. Şöbənin rəhbərliyi, rəisi, müavini var. Nə lazımdırsa, gəlin, onlardan soruşun”.

Şərhlər

XƏBƏR LENTİ