SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Naxçıvandan daha bir həyəcanlı xəbər: Fazil Ələkbərov bu gün də sabiq komitə sədrinə işgəncə verir

Naxçıvandan daha bir həyəcanlı xəbər: Fazil Ələkbərov bu gün də sabiq komitə sədrinə işgəncə verir

Tarix:

1-01-2019, 12:14

/ 8 569 dəfə oxundu.
Naxçıvandan daha bir həyəcanlı xəbər: Fazil Ələkbərov bu gün də sabiq komitə sədrinə işgəncə verir

Naxçıvandan həyəcanlı xəbərlər gəlməkdə davam edir.
AzToday.az-a daxil olan məlumatlara görə, muxtar respublikanın Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədov bu gün DİN-ə aparılıb. Belə ki, Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidov dünən intihar etməsindən sonra daxili işlər naziri Fazil Ələkbərov bunun günahını Asəf Məmmədovun boynuna atmaq üçün ona işgəncələr verərək etirafedici ifadəsini almaq istəyir.

Məlumatda bildirilir ki, Fazil Ələkbərov Asəf Məmmədova dəhşətli işgəncələr verdirir və onun həyatı üçün böyük təhlükə var.
Qeyd edək ki, bu ilin noyabrın 26-da Asəf Məmmədov Vasif Talıbov tərəfindən vəzifəsindən çıxarılıb. Asəf Məmmədova məxsus əksər daşınar və daşınmaz əmlaklar, habelə biznes obyektləri əlindən alınaraq Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovların adına keçirilib. Belə ki, Asəf Məmmədova məxsus “Simurq” otel, Səncəçal tərəfdə 72 hektar torpaq sahəsi və s. əlindən alınıb. Həmçinin Asəf Məmmədovdan 10 milyon dolların da alındığı məlumatda əksini tapıb.

Naxçıvandan baş verənlərlə bağlı məlumatları diqqətdə saxlamağa çalışacağıq.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ