SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » PREZİDENTİN AÇILIŞINI ETDİYİ "FERMER" OTELDƏ NƏ BAŞ VERİR?-ŞİKAYƏT

PREZİDENTİN AÇILIŞINI ETDİYİ "FERMER" OTELDƏ NƏ BAŞ VERİR?-ŞİKAYƏT

Tarix:

29-12-2018, 14:34

/ 2 316 dəfə oxundu.
PREZİDENTİN AÇILIŞINI ETDİYİ "FERMER" OTELDƏ NƏ BAŞ VERİR?-ŞİKAYƏT

...2015-ci ilin oktyabrın 6-da Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində "Fermer" Otel kompleksi açıldı. Kompleksin sahibi də, Ucarın İcra başçısı da Prezidentə söz verdilər ki, burada fermerlərin açıq satış mərkəzi yaradılıb, sakinlərin mədəni istirahəti üçün bütün lazımi şərait yaradılıb. Amma...".
Bu sözlər Ucar rayonunun Qazıqumlaq kənd sakinləri adından ölkə rəhbərliyinə ünvanlanmış, surəti "Təzadlar"a göndərilmiş müraciətdəndir. Tural Məmmədli, Şamil Həsənov, Zaur Miriyev və başqalarının adından göndərilmiş müraciətdə (bir neçə gün sonra isə elektron poçta göndərilib) olduqca narahatlıq doğuran hallara toxunulur: "Hörmətli "Təzadlar", biz sizdən edirik kömək istəyirik. Biz "Maddi imkanımız aşağıdır, iş yoxdur" demirik. Biz harınlamış adamların əlindən bezarıq, yaşadığımız Qazıqumlaq kəndində tikilən "Fermer" oteli kənd camaatında narahatlıq yaratmaqdadır. Bu otel qonşu rayon Ağdaşdan və digər rayonlardan, Ucarın özündən və başqa yerlərdən küçə qadınları ilə görüşmək üçün gənclərin toplaşdığı yerə çevrilib. Biabır olmuşuq. Baki-Qazax yolunun üstündə olan bu otel qeyd edilən qadınlarla görüşənlərin mərkəzinə çevrilib. Kəndimizin adət-ənənələrini tapdayan bu işbazlar balalarımıza, gələcəyimizə ciddi təhlükə yaratmaqdadırlar. Heç bir vergi verməyən, iki- üç nəfər işçini rəsmiyyətə salan, amma onlarla adamı müqaviləsiz işlədən bu varlı məmurların əlindən canımızı qurtara bilmirik. "Fermer" otelin açılışına ölkə prezidentini dəvət etmişdilər, amma indi həyasızcasına buranı adət-ənənələrimizin ayaq altına atılma yuvasına çeviriblər bu oteli. Kənd ağsaqqalları dəfələrlə etirazlarını bildiriblər, amma xeyri yoxdur. Bu dəfə biz dözə bilmədik... Bəs Ucarın icra başçısı Mənsur Məmmədov hara baxır, bunlardan doğrudanmı xəbərsizdir???".
Şikayətçilər Prezidentin açılışında olduğu "Fermer" otelin videogörüntüsünü də göndəriblər.
***
Məsələyə aydınlıq gətirilməsi üçün neçə gün əvvəl Ucar RİH-nə zəng vurdiq (Tel: (+9942021) 3-03-11 (qəbul otağı), (+9942021) 3-03-05 (ümumi şöbə), başçının qəbul otağından zəngimizə cavab verən olmadı. Sonra "Fermer" Otelin sahibinin, müdriyyətinin əlaqə nömrəsini axtardıq. Otelin saytını tapdıq, amma təəssüflər olsun ki, saytda heç bir əlaqə nömrəsi yoxdur. Yalnız bir neçə fotoşəkil yerləşdirilib.
Xatırladırıq ki, bu otel-Kompleks 3 hektar ərazidə salınıb. İki hissədən ibarət olan kompleksin birinci hissəsinə Bakı-Gəncə magistral yolunun kənarında yerləşən yarmarka tipli satış məntəqəsi daxildir. Ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka Ucar və ətraf rayonlardan olan vətəndaşların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rahat, heç bir müdaxilə olmadan istehlakçılara əlverişli şərtlərlə çatdırmalarına geniş imkan yaradır. Bundan əlavə, yarmarkada 24 saat fəaliyyət göstərən aptek və market də var. Kompleksin ərazisində süni göl yaradılıb, istirahət binaları tikilib. Koteclərdən 2-si mətbəx olmaqla, 3-ü birotaqlı, 1-i ikiotaqlı, 1-i isə dördotaqlıdır. Burada xüsusi qonaq evi də tikilib. Kompleksdəki 80 nəfərlik banket zalında həm müəssisənin işçilərinə, həm də Ucar sakinlərinə xidmət göstərilir. Ərazidə geniş yaşıllıq zolağı salınıb, istirahət üçün bütün şərait yaradılıb.

Şərhlər

XƏBƏR LENTİ