SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 5 tələbənin ölümü ilə nəticələnən qəza ilə bağlı rəsmi açıqlama

5 tələbənin ölümü ilə nəticələnən qəza ilə bağlı rəsmi açıqlama

Tarix:

9-03-2017, 17:14

/ 1 865 dəfə oxundu.
5 tələbənin ölümü ilə nəticələnən qəza ilə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi Bakı-Sumqayıt yolunda baş verən yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

Şərhlər

XƏBƏR LENTİ