SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rövşən Rzayev yorulub... - İDDİA

Rövşən Rzayev yorulub... - İDDİA

Tarix:

19-12-2018, 18:38

/ 1 184 dəfə oxundu.
Rövşən Rzayev yorulub... - İDDİA

Bu ilin aprel ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri postuna təyin olunmasına baxmayaraq daşıdğı vəzifənin ağırlığını dərk edən keçmiş deputat Rövşən Rzayev artıq yorulduğunu bildirib. Bu barədə komitə sədrinin yaxınlarından daxil oln məlumatda deyilir.

Mənbə iddia edir ki, bu günlərdə özünə yaxın olan çevrədə Rövşən Rzayev "Allah Əli müəllimin (özündən əvvəlki komitə sədri Əli Həsənovu nəzərdə tutur -red.) ölənlərinə rəhmət eləsin, bu əməlli-başlı ağır iş imiş" deyərək gileylənib.

Mənbənin söylədikləri: "Rövşən müəllim açıq şəkildə yorğunluğunu ifadə edib. Deyib ki, bu gün qaçqınların qabağında dayanmaq, narazılıq yaratmamaq çox çətindir. Əli müəllimi indi başa düşdüyünü deyir".

Hər halda, Rövşən Rzayevin belə bir qənaətə gəlməsi heç də yaxşı nəsə vəd etmir. Çünki əgər bir məmur işinin öhdəsindən gəlmirsə, o zaman bəhanələr axtarır - kimi bir reallıq var. Görünəni odur ki, yeni olmasına baxmayaraq, artıq Rövşən müəllim də bəhanələr axtarışına çıxıb. Allah axırını xeyir eləsin...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ