yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Dövlət agentliyinin səlahiyyətləri artırıldı - Milli Məclis təsdiqlədi

Dövlət agentliyinin səlahiyyətləri artırıldı - Milli Məclis təsdiqlədi
7-12-2018, 15:59 197 dəfə baxılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səlahiyyətləri artırılıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Avtomobil yolları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirilib ki, bundan sonra AAYDA öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri lisenziya və icazə olmadan həyata keçirə biləcək.

Qanun 21-ci (Yol təsərrüfatının idarə edilməsi) maddəsində dəqiqləşdirmə aparılıb: "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulan lisenziya və icazələrin alınması tələb olunmur”.

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

10-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ