SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abdin Fərzəliyev sakinlərin problemlərinin həllini nəzarətə götürdü

Abdin Fərzəliyev sakinlərin problemlərinin həllini nəzarətə götürdü

Tarix:

5-12-2018, 21:03

/ 1 226 dəfə oxundu.
Abdin Fərzəliyev sakinlərin problemlərinin həllini nəzarətə götürdü

Dekabrın 5-də Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

xalqxeber.az-ın məlumatına görə, səyyar qəbulda icra başçısı Abdin Fərzəliyev yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.

Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Abdin Fərzəliyev sakinlərin problemlərinin həllini nəzarətə götürdü
Abdin Fərzəliyev sakinlərin problemlərinin həllini nəzarətə götürdü
Abdin Fərzəliyev sakinlərin problemlərinin həllini nəzarətə götürdü

Şərhlər

XƏBƏR LENTİ