yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qazax,Ağstafa,Tovuzda saxta araq istehsalından milyonlar qazanılıb

Qazax,Ağstafa,Tovuzda saxta araq istehsalından milyonlar qazanılıb
5-12-2018, 10:50 124 dəfə baxılıb

Bir müddət əvvəl Qazax,Ağstafa,Tovuz rayonlarında araqdan zəhərlənmələr və bölgədə mənşəyi bəlli olmayan spirtdən hazırlanan,bəzən də aksiz markası olmayan saxta araqlar barədə məlumat vermişdik.
Bu barədə yeni məlumat daxil olub.Mənbənin verdiyi xəbərə görə,saxta araq istehsalçılarının hər üç rayonda milyonlarla gəlir əldə etməsi təsadüfi olmayıb.Belə ki,həmin işbazların hərəkətlərinə zamanla 14 saylı Ərazi Vergilər İdarəsinin bəzi əməkdaşları da laqeyd yanaşıb.

O da bildirilir ki,hər üç rayonda saxta spirtli içki istehsalçıları “araq”ları əksər hallarda rayonların kəndlərində realizə edirlər. El şənliklərində,toylarda istifadə olunan məlum spirtli içkilər kütləvi şəkildə insanlarda bir sıra xəstəliklərə də səbəb olur. Kütləvi hal alan bu işdən isə hər üç rayonda 20-dək şəxs faydalanır,əldə etdikləri gəlirləri inşaat materialları satışına,tikinti biznesinə,böyük marketlərlərin istifadəsinə sərf edirlər.

Sayta verilən məlumatda o da qeyd olunur ki,son vaxtlar belə şəxslər artıq qanunların sərt bir şəkildə onlara da şamil edilə biləcəyindən narahatdırlar.

Faktinfo.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ