SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ziya Məmmədovun zavodu "büllüten"ə çıxan rəisi işdən kənarlaşdırdı- VİDEO

Ziya Məmmədovun zavodu "büllüten"ə çıxan rəisi işdən kənarlaşdırdı- VİDEO

Tarix:

30-11-2018, 12:32

/ 1 830 dəfə oxundu.
Ziya Məmmədovun zavodu "büllüten"ə çıxan rəisi işdən kənarlaşdırdı- VİDEO

Sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus "Garant Holding”in törəmə müəssisəsi olan "Fortis Group” tikinti materialları istehsal edən zavodda son bir ildə 100-ə yaxın işçi işdən çıxarılıb.
Bu barədə zavodda növbə rəisi işləyən Çərkəzov İman Şəmsəddin oğlu məlumat verib.
O, bildirib ki, hazırda çalışdığı "Fortis Group”-dən (əvvəllər "Azbentonit” MMC) qanunsuz olaraq onu işdən çıxarmaq istəyirlər:
""Fortis Group” tikinti materialları istehsal edən zavodun əsl rəhbəri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkəni Erşad adlı cavan oğlandır. İcraçı direktor Hüseynağa Ağayev isə İldırım Məmmədovun qaynıdır.
Hazırda zavodda rəhbərliyi Ziya Məmmədovun yaxın qohumları edir. İşçilərin əksəriyyəti də qohum-əqrabasıdır. Onlara yaxın olmayan işçilər zavoddan qeyri-qanuni olaraq işdən çıxarılır".
İman Çərkəzov indi aidiyyatı dövlət qurumlarından hüquqlarının qorunması üçün kömək istəyir.

Unikal.org

Şərhlər

XƏBƏR LENTİ