SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » FHN “zapravka”dakı partlayışla bağlı MƏLUMAT YAYDI - 5 NƏFƏR...

FHN “zapravka”dakı partlayışla bağlı MƏLUMAT YAYDI - 5 NƏFƏR...

Tarix:

29-11-2018, 17:16

/ 1 306 dəfə oxundu.
FHN “zapravka”dakı partlayışla bağlı MƏLUMAT YAYDI - 5 NƏFƏR...

Tərtər rayonunun Qaradağlı kəndində "PAT OİL” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib.

Bu haqda Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nəticədə çənin üst hissəsi, üzərində quraşdırılmış, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanıb.

Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ