SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Göyçayda yeşik sexinin sahibi cəzalandırıldı

Göyçayda yeşik sexinin sahibi cəzalandırıldı

Tarix:

28-11-2018, 11:53

/ 1 120 dəfə oxundu.
Göyçayda yeşik sexinin sahibi cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Göyçay şəhərində keçirilən reyd zamanı Ənvər Məmmədxanlı küçəsində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 52 m3 həcmində müxtəlif cinsli meşə materialı aşkar edilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı sexin sahibi, Göyçay şəhər sakini Fəqan Vəliyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 6652 manat məbləğində ziyan tətbiq olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Şərhlər

XƏBƏR LENTİ