SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Musiqidən Kitabadək” layihəsinin icrası davam edir

“Musiqidən Kitabadək” layihəsinin icrası davam edir

Tarix:

18-01-2017, 01:14

/ 3 032 dəfə oxundu.
“Musiqidən Kitabadək” layihəsinin icrası davam edir

“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə icra etdiyi “Musiqidən Kitabadək” layihəsi davam edir.
Layihə çərçivəsində musiqi və rəsm sərgisi bu dəfə Şirvan şəhərində yerləşən Mədəniyyət Mərkəzində baş tutub.
İctimai Birliyin mətbuat xidmətindən xalqxeber.az-a daxil olan məlumata görə, Gənclər üçün Təhsil Mərkəzinin Aran Regional ofisinin rəhbəri Yusif Poladov GSTM İB-in həyata keçirdiyi layihənin əhəmiyyətindən danışıb, qeyd edib ki, analoji layihələr istedadlı və bacarıqlı yeniyetmə - gənclərin istedadlarının üzə çıxarılmasında böyük rol oynayır.
Tədbirdə digər çıxış edənlər - Şirvan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Rafael Nəsirov, Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru Nəmidə Nəmini, "Bayramlı qəsəbə klubu"nun müdiri Ülviyyə Şahbazova, Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşı Alma Cəfərova, Şirvan şəhər Rəsm Qalereyasının müdir əvəzi Çinarə Vəliyeva, Şirvan folklor evinin müdiri Mehriban Əliyeva dövlətin yürütdüyü uğurlu gənclər siyasətindən danışıblar, bu siyasətin nəticəsi olaraq gənclərin göstərdiyi fəaliyyətlərdən söhbət açıblar. Həmçinin sözügedən layihənin əhəmiyyətini vurğulayıblar.
Çıxışlardan sonra musiqiçi yeniyetmə-gənclərin ifalarından ibarət konsert proqramı və əl işlərindən ibarət rəsm sərgisi baş tutub.
Layihənin icrası davam edir.

Şərhlər

XƏBƏR LENTİ