SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abutalıbovun bağlatdırdığı "26-lar" kafesi yenidən açıldı

Abutalıbovun bağlatdırdığı "26-lar" kafesi yenidən açıldı

Tarix:

24-11-2018, 23:09

/ 1 331 dəfə oxundu.
Abutalıbovun bağlatdırdığı "26-lar" kafesi yenidən açıldı

Təxminən bir il əvvəl Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş kafe yeni adla fəaliyyətə başlayacaq

Hafta.az-a istinadən verdiyimiz xəbərə görə "26-Twenty Five" kafesi "13" adı ilə fəaliyyətə hazırlaşır. Belə ki, fotolardan da göründüyü kimi artıq kafenin üzərində 13 rəqəmini simvolizə edən lövhə vurulub. Yaxında fəlaiyyətə başlayacağını əks etdirən şəffaf örtük çəkilib.

Qeyd edək ki, təxminən 1 il əvvəl Yazıçılar Birliyinin inzibati binasında yerləşən başıbəlalı kafe sovet rejiminin "fədailəri" hesab edilən "26 Bakı kommisarının" "şərəfinə" adlandırılması ittihamı ilə bağlanmışdı. Hətta kafenin o zamankı sahibi saxlanılmış, məsələyə Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsində müdaxilə edilmişdi.

Şərhlər

XƏBƏR LENTİ