SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 11 mərtəbəni hər gün piyada çıxırlar

11 mərtəbəni hər gün piyada çıxırlar

Tarix:

24-11-2018, 15:13

/ 1 198 dəfə oxundu.
11 mərtəbəni hər gün piyada çıxırlar

Sumqayıt şəhərinin mərkəzində 11 mərtəbəli binanın 12 ildir problemləri həll olunmur. Tikintini həyata keçirən şirkət və rəsmi qurumlar bu məsələyə laqeyd yanaşır.

“Qafqazinfo”ya müraciət edən bina sakini Rüstəm Sultanov bildirib ki, şəhərin Heydər Əliyev prospekti, 19-cu məhəllə, 26 ünvanında yerləşən binada hələ də lift və qaz yoxdur: “Su isə ancaq gecələr damcı-damcı verilir. Bina çöldən gözəl görünsə də, üstü bəzək, içi təzəkdir. Lift üçün nəzərdə tutulan şaxtanın qapısı olmadığı üçün uşaqlar hər an ora düşə bilər, həyatını itirə bilər.

Binada 80 faiz yaşayış var, amma heç blokun qapısı yoxdur. Yaşlı insanlar hər gün 11 mərtəbəni piyada çıxmağa məcbur olur. Burada 100-ə yaxın ailə yaşayır”. R.Sultanov əlavə edib ki, bina “Xəzər” Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov tərəfindən inşa olunub və tam təhvil verilməyib. “Xəzər” SC-nin internet protallarında qeyd olunan xidməti nömrəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.
11 mərtəbəni hər gün piyada çıxırlar
11 mərtəbəni hər gün piyada çıxırlar
11 mərtəbəni hər gün piyada çıxırlar

Şərhlər

XƏBƏR LENTİ