SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil Nazirliyinin idarə rəisinin qardaşından şikayət var

Təhsil Nazirliyinin idarə rəisinin qardaşından şikayət var

Tarix:

24-11-2018, 13:51

/ 2 006 dəfə oxundu.
Təhsil Nazirliyinin idarə rəisinin qardaşından şikayət var

6 saylı Bakı Peşə Liseyində lobarant işləyən Rüşanə Babayevə Strateq.az saytı vasitəsi ilə təhsil naziri Ceyhun Bayramova müraciət edib

O, liseyə yeni təyin olunmuş direktor Rəşad Xanlarov, kadrlar şöbəsinin müdiri Orxan Qasımov və müavin Elnarə Qocayeva tərəfindən təzyiqlərə məruz qalaraq işdən çıxmaq barədə məcburi ərizə yazdığını bildirir.

Şikayətçi qeyd edir ki, Elnarə Qocayeva və kadrlar şöbəsinin müdiri dəfələrlə onu otaqlarına çağıraraq, qələm-kağız uzadıb işdən getməyi təklif ediblər: "Həta E.Qocayeva hər kəsin yanında məni təhqir edərək, "nə gəzirsən buralarda, get işini təhvil ver” deyərək qışqırıb.

Rüşanə Babayeva qeyd edir ki, həyat yoldaşı Qarabağ uğurunda döyüşlərdə yaralanıb, bir müddət əvvəl dünyasını dəyişib: "Üç uşağı təkbaşına böyütməyə məhkum anayam, Rəşad Xanlarov bunu bilə-bilə mənə verilən 140 manat maaşı çox görür. Məktəbdə yayılan məlumata görə, Xanlarovun qardaşı Təhsil Nazirliyində idarə rəisidir. Onun mənə qarşı etdiyi qanunsuz hərəkətlər isə bu arxayınçılıqdan qaynaqlana bilər”.

Şikayətçi daha sonra bildirib ki, Təhsil Nazirliyinə göndərdiyi müraciət bir aydır cavabsız qalıb. "Qaynar xətt”ə müraicət edərkən, onun ərizəsinin qeydə alınmadığını deyiblər: "Mən liseyə getdim, oradan işdən çıxarılmağımla bağlı əmrin surətini istədim. Amma vermədilər, əmək kitabçamı isə korlayaraq qaytardılar”.

R.Babayeva təhsil nazirindən xahiş edir ki, işdən çıxması ilə bağlı məcbur edilərək yazdığı ərizə etibarsız hesab olunsun: "Mənə təzyiq edənlərlərin cəzalandırlması ilə yanaşı, xahiş edirəm, mənim işmi başqa alternativ işə dəyişəsiz” - deyə şikayətçi nazirə ünvanladığı müraciətdə qeyd edir.

Şikayətçi sonda vurğulayıb ki, əgər bundan sonra da şikayətinə hər-hansı reaksiya verilməsə, tədbir görülməsə, Təhsil Nazirliyini və peşə liseyini məhkəməyə verəcək: "İctimaiyyətə müraciət edib məhkəmədə hüquqların müdafiəsi üçün dəstək istəyəcəyəm. Ümid edirəm ki, problem o nöqtəyə gəlməyəcək”.

mia.az

Şərhlər

XƏBƏR LENTİ