SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 4 ÜZVÜ ƏLİL OLAN AİLƏ ÇARƏSİZ VƏZİYYƏTDƏDİR - Bakı sakini Prezidentə və Birinci vitse-prezidentə müraciət etdi

4 ÜZVÜ ƏLİL OLAN AİLƏ ÇARƏSİZ VƏZİYYƏTDƏDİR - Bakı sakini Prezidentə və Birinci vitse-prezidentə müraciət etdi

Tarix:

24-11-2018, 11:38

/ 1 246 dəfə oxundu.
4 ÜZVÜ ƏLİL OLAN AİLƏ ÇARƏSİZ VƏZİYYƏTDƏDİR - Bakı sakini Prezidentə və Birinci vitse-prezidentə müraciət etdi

“Xahiş edirik ki, ailənin 4 üzvünün əlil olmasını, kiçik oğlumun uşaqlıqdan birböyrəkli olmasını və böyük oğlumun şizopotik pozuntu (ruhi) xəstəliyini və 2 azyaşlı məktəbli uşaqlarını nəzərə alaraq, bizə maksiumum dərəcədə köməklik edəsiniz”

Bakı şəhərində yaşayan Zeynalov Yusif Soltan oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

“Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Məlumat üçün yazaraq Sizin nəzərinizə çatdırıram ki, mən Zeynalov Yusif Soltan oğlu 1954-cü ildə İsmayıllı rayonunda anadan olmuşam. Orta təhsilliyəm, ailəliyəm, 2 xəstə oğlan övladım var. Bizim ailə üzvləri 2013-cü ildən Bakı şəhəri Yasamal rayonunda Salmanzadə küçəsi, məhəllə 1055 ünvanında (Polis İdarəsində) pasport qeydiyyatındayıq. Lakin çarəsizlikdən Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 265, mənzil 42-də göstərilən ünvanda uzun müddətdir ki, 4 nəfər ailə üzvlərimlə birlikdə kirayədə yaşayırıq.

Bu məktubu Sizə yazıb bildirmək istəyirəm ki, bizim ailəmizin Sizin köməyinizə ciddi ehtiyacı var. Mənim ailə üzvlərim aşağıda adları göstərilənlərdir:

Zeynalov Yusif Soltan oğlu ( ailə başçısı ) 12.07.1954-cü il II qrup əlil

Zeynalova Validə Abdulhüseyin qızı (həyat yoldaşım) 28.08.1955-ci il II qrup əlil.

Zeynalov Etibar Yusif oğlu (oğlum) 20.10.1980-ci il II qrup əlil (evlidir.2 uşağı var)

Zeynalov Mehman Yusif oğlu (oğlum) 05.11.1984-cü il II qrup əlil (hazırda subay)

Oğlum Etibarın ailəsi aşağdakılardır.

Ailə başçısı Zeynalov Etibar Yusif oğlu

Həyat yoldaşı Zeynalova Ülkər Sabir qızı 1981-ci il

Qızı Zeynallı Jalə Etibar qızı 8-ci sinif şagirdi

Oğlu Zeynallı Yusif Etibar oğlu 3-cü sinif şagirdi.

Bildirirəm ki, oğlum Etibar özü hal-hazırda bizimlə yaşayır (xəstə olduğu üçün), ailəsi isə İsmayıllı rayonunda kirayədə yaşayır. Əmək qabiliyyətimiz olmadığı üçün heç birimiz işləmirik. Yalnız hökümətin biz 4 nəfər əlillərə ayırdığı pensiya ilə yaşayırıq. Qeyd etmək istəyirəm ki, ümumilikdə ailəmiz hal-hazırda 600 AZN pensiya alır. Bunun da yarısından çoxunu kirayə haqqı olaraq veririk. Qalan hissəsini isə dərmanlara, ərzağa xərçləyirik. Açığı, bildirmək istəyirəm ki, çox çətinliklərlə yaşayırıq.

Biz 4 nəfər əlil ailəsi, Sizin - dövlətimizin hörmətli başçısının, bizim kimi evsiz əlillərin həyat tərzimizin yaxşılaşdırılmasından ötəri imzaladığınız müvafiq sərəncama əsasən, 17.05.2016-cı ildən mənzil növbəsinə yazılmaq üçün zəruri sənədləri tamami ilə toplayaraq, Yasamal rayon İcra Hakimiyyətində bu məsələ ilə bağlı fəaliyyət göstərən Komissiyaya təqdim edərək, növbəyə alınmaqla növbə siyahısında 317-ci və 318-ci sıradayıq.

“Ərizələrimizi ya oxumurlar, ya da düzgün cavab vermirlər...”

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Siz digər sahələrlə bərabər, Respublika üzrə bizim ailə kimi əlilləri də daim yüksək səviyyədə diqqət mərkəzində saxlamaqla, biz əlillərin həyat tərzimizin və sağlamlıqlarımızın normal olmasından ötəri əllərinizdən gələni əsirgəmirsiniz. Əfsuslar olsun ki, bəzi dövlət qulluqçuları bizim ünvanladığımız ərizələrə reaksiya versələr də, ərizələri tamamilə ya oxumurlar, ya da düzgün cavab verməyə və ərizələrin həqiqi aidiyyatı ünvanlara göndərilməsində hansısa səbəblərdənsə və bəzi səhlənkarlıq ucbatından unutqanlıq edərək, hətta göndərdikləri cavab məktublarına imza da etmirlər.

Mən 4 nəfər əlil üzvü olan ailəmizə kömək məqsədi ilə, imtiyazlar nəzərə alınaraq, həmin əlil növbələrinin siyahısındakı növbəmizin tezləşdirilməsindən ötəri bəzi aidiyyatı yuxarı instansiya rəhbərlərinə rəsmi qaydada dəfələrlə müraciət etmişəm. Lakin həmin instansiya rəhbərləri və işçiləri ərizələrimizə reaksiya verərək, bizə cavab verməklə bərabər, ərizələrimiz icra olunmaqdan ötəri Yasamal rayon İcra Hakimiyyətinə göndərilmək əvəzinə, hansısa işçilərin təcrübəsizliyi və səhlənkarlığından, ərizələrimiz dəfələrlə tamamilə aidiyyatı olmayan ünvanlara, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Abşeron rayon İcra Hakimiyyətinə göndərilmişdir. Halbuki bizim o qurumlara heç bir aidiyyatımız yoxdur.

Bildirmək istəyirəm ki, ailəmizin bu sahədə olan problemləri barədə bizim qeydiyyatda olduğumuz ərazidən Milli Məclisin deputatı seçilən Aytən Mustafazadənin də qəbulunda olmuşam. Xanım ailəmizə kömək məqsədi ilə bizim vəziyyətimiz barədə Yasamal rayon İcra hakimiyyətinin başçısına məlumat verərək, bizə kömək etməsini də xahiş etmişdir.

“Ailəmizin dövlət qayğısına ciddi ehtiyacı olduğu halda bu günə kimi bizim yaşayış tərzimizlə heç kim maraqlanmayıb”

Qeyd etmək istəyirəm ki, mən bizim ailəyə olan bu etinasızlıqlara və ədalətsizliklərə dözməyərək, nəhayət 12.09.2018-ci il tarixdə Yasamal rayon İcra hakimiyyətinin mənzil məsələləri üzrə komissiyanın sədri cənab Elçin Rzayevin qəbulunda olub, bir daha ailə vəziyyətimiz barədə və s. hazırkı durumumuzu ona ətraflı şəkildə məlumat verdim. Eyni zamanda ona bildirdim ki, bizim ailənin dövlət qayğısına ciddi ehtiyacı olduğu halda bu günə kimi İcra Hakimiyyətinin komissiyası tərəfindən bizim yaşayış tərzimizlə heç kim maraqlanmayıb. Mən bütün zəruri məsələləri Elçin müəllimə çox geniş şəkildə, təfsilatı ilə çatdırsam da, mənə heç bir müsbət və qanedici cavab verilmədi.

Mənim və ailə üzvlərimin səhhətimizdə ciddi problemlərimiz olduğuna görə, bəzi təşkilatların işçiləri tərəfindən bizə yanlış və çaşdırıcı məlumatlar verildiyi üçün hər an onların qəbuluna gedib-gələ bilmədiyimizdən, qərara gəldik ki, vəziyyətimizin acınacaqlı durumda olması barədə və bizim ailəyə düzgün cavab verilmədiyi üçün, bəzən də süründürülməçiliyə yol verildiyindən, məcburiyyət qarşısında qalaraq əsl həqiqətləri düzgün qələmə alan saytlərın və media yayımlarının vasitəsi və köməkliyi ilə Siz hörmətli Prezidentimizə və hörmətli Birinci xanıma müraciət edək.

Hörmətli Prezident!

Hörmətli Xanım!

Sizdən artıq dərəcədə xahiş edirik ki, 4 nəfər əlil ailə üzvlünün vəziyyətini, kiçik oğlumun uşaqlıqdan birböyrəkli olmasını və böyük oğlumun şizopotik pozuntu (ruhi) xəstəliyini və 2 azyaşlı məktəbli uşaqlarını nəzərə alaraq, bizə maksiumum dərəcədə köməklik edəsiniz.

Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk”.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik.

Şərhlər

XƏBƏR LENTİ