SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » UNEC-İN PROREKTORU İŞDƏN QOVULUB?

UNEC-İN PROREKTORU İŞDƏN QOVULUB?

Tarix:

24-11-2018, 11:17

/ 2 293 dəfə oxundu.
UNEC-İN PROREKTORU İŞDƏN QOVULUB?

Bu gün Pravdainfo.org-a daxil olan məlumatda bildirilirdi ki, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov tutduğu vəzifəsi ilə vidalaşıb. Ona əvvəlcə ərizə yazaraq getməsi təklif olunsa da, o, buna razı olmayıb, lakin barəsində hüquq mühafizə orqanlarının yoxlamalara başlayacağı hədəsini eşidəndə isə, Damət Bağırov başqa çıxış yolu görməyib və bu gün kabineti ilə halallaşıb, əşyalarını götürərək ADİU binasını qanı qara tərk edib və s.
Pravdainfo.org gün ərzində məlumatı bir daha dəqiqləşdirməyə çalışıb. Fakt təsdiqini tapıb. Biz həm də uzun illərdir ADİU-da böyük təsir gücünə malik olan prorektor Damət Bağırovun bu şəkildə işdən çıxarılmasının əsil səbəbini öyrənməyə də çalışdıq. Əldə etdiyimiz məlumatlar qənaətlərimizdə yanılmadığımızı təsdiq edirdi. Belə ki, mənbə bildirdi ki, bütün bunlara əsas səbəb Damət Bağırovun universitetdə maliyyə-təsərrüfat işlərində ciddi qanunsuzluqlara yol verməklə, özünü rəhbər kimi aparması, hətta müvafiq qüvvələrin sayəsində UNEC-in rektoru olmağa iddia etməsi və s. kimi hərəkətləri onun universitet taleyini nöqtələyib.
Qeyd edək ki, “Təzadlar” qəzeti hələ bir müddət əvvəl ADİU-da aparılan islahatlara özünəməxsus rəng qatan Damət Bağırovun rektorluq iddiasından dəfələrlə yazmışdı. Lakin o vaxt D.Bağırov bu məlumatı təkzib etməmişdi. Zaman göstərdi ki, ADİU-da bütün sahələri inadkarlıqla ələ keçirərək hazırkı rəhbərliyə açıq şəkildə rahatsızlıq gətirən Damət Bağırovun prorektorluq sonu belə də sonunclanmalı idi... O, hələ də Rabitə Nazirliyindəki sabiq rəhbərliklə əlaqələrindən istifadə etməklə ADİU-da rəhbərliyə əməlli-başlı başağrısı gətirməkdə idi...
Mənbə onu da qeyd edir ki, bu işdənqovulma bir çox qaranlıq məsələlərə işıq salacaq: “Damət Bağırovun tutduğu bu vəzifəsində çoxsaylı qanunsuzluqlara yol verməsi, burada özünün istəklərinin reallaşmasına çalışması diqqətdən yayına bilməzdi, bunu hamı bilirdi...”.
Bizi izləyin, daha ətraflı yazı təqdim ediləcək.

Şərhlər

XƏBƏR LENTİ