SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda ermənilərin istehsal etdiyi saxta “Yessentuki” suları satılır FOTOLAR

Bakıda ermənilərin istehsal etdiyi saxta “Yessentuki” suları satılır FOTOLAR

Tarix:

22-11-2018, 12:42

/ 6 509 dəfə oxundu.
Bakıda ermənilərin istehsal etdiyi saxta  “Yessentuki” suları satılır FOTOLAR

Bakı mağazalarında hətta məşhur brendlərin saxta variantını tapmaq mümkündür. Hamımızın bəlkə də gündə bulaq suyu deyərək bəh-bəhlə içdiyi bu sular heç də bulaq başından doldurulmur. Ekspertlər və tibb işçiləri isə həyəcan təbili çalırlar. Amma hələ ki, onların SOS siqnalı cavabsız qalıb.

Mozalan.az bildirir ki, qazlı içkilərin saxlanma müddəti belədir: 30 gün-6 ay, diabetiklər üçün içkilər və süni mineral sular 15 gün, bütün növ düşes limonadları 20 gün, təbii mineral sular 4 ay-1 il, meyvə-giləmeyvə şirələri 1 il, qazlı içki konsentratları 2 il, meyvə nektarları ən çoxu 9 ay, feyxoa nektarı ən çox 6 ay saxlanıla bilər. Ölkədə olan hər brend suyun saxta variantı var. Lakin iyi, dadı, qoxusu olmadığından və məhsulların istehsalatdan ticarətə qədər irəliləmə mexanizmi açıqlanmadığından heç kəs təminat vermir ki, hansı partiya mal tənzimlənib, hansı partiya birbaşa krandan götürülüb. Ümumilikdə bazarın sular sektorunun mineral sular hissəsində daha çox xaos yaşanır.

Poçtumuza məktub göndərən oxucularımızdan biri biu problemə toxunub. Onun Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə ünvanladığı müraciəti nəzərinizə çatdırırıq:
“Hörmətli Qoşqar müəllim, bu gün rəhbərlik etdiyiniz agentliyin işçiləri qida təhlükəsi yaradan ərzaq və içki məhsullarının qarşısını almağa çalışsalar da ,belə qida məhsulları azalmaq əvəzinə çoxalır.

Bunlardan biri də Rusiyadan ölkəmizə idxal edilən “YESSENTUKİ” sularıdır (DR,ESSENT/TYPI/ YENI YESSENTUKI TIPLI..,,,.ESSENSKAYA RESEPT,,,,ALLEYA ISTOCNIKOV,,,,,ZAPOVEDNIK )
Laboratoriya analizi olsa məlum olar ki, onların heç birinin əsil “Yessentuki” mineral sularına aidiyyatı yoxdur, etketləriu saxtadır. Onların təbbi olmadığı ən azı bir gün ağzı açıq qalanda da məlum olur.

Təəsüf ki, belə suları idxal edənlər AQTA-dan da sertifikat alıblar.
Araşdırmışıq ki, “Yessentuki” sularının istehsalı Rusiyada ciddi nəzarətdədir və istehsalı ilə cəmi bir holdinq məşğul olur.
Təbii “Yesentuki” suları bir çox xəstəliklərin dərmanıdır. Ölkəmizə gətirilən saxta suların isə heç nəyə köməyi yoxdur.
Saxta DR,ESSENT/ TYPI ESSENTUKI suları Minvod şəhərində yerlıəşən, ermənilərə məxsus sexdə buraxılır.
“Vimbildan” isə süd məhsulları istehsal edir əsasən. Onlarıln etiketi olan “Yesentuki” suyu adi qazlı sudur. Rəhbərləri Rastov şəhərindəndir.
Diğər saxta markalı “ESSENSKAYA RESEPT”-ə aldadıcı ad qoyulub. Təbii sulara dəxli yoxdur.
Bu cür saxta məhsulları bizdə sifariş edənlər “Veysəloğlu” MMC, “Araz, və “Favorit” marketlər, “Gilan”MMC və “Narzan” MMC-lərdi.”
Bakıda ermənilərin istehsal etdiyi saxta  “Yessentuki” suları satılır FOTOLAR
Bakıda ermənilərin istehsal etdiyi saxta  “Yessentuki” suları satılır FOTOLAR
Bakıda ermənilərin istehsal etdiyi saxta  “Yessentuki” suları satılır FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ