SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Artıq 7 aydır ki, əlilliyin verilməsini dayandırıblar."- ŞİKAYƏT

"Artıq 7 aydır ki, əlilliyin verilməsini dayandırıblar."- ŞİKAYƏT

Tarix:

20-11-2018, 10:07

/ 817 dəfə oxundu.
"Artıq 7 aydır ki, əlilliyin verilməsini dayandırıblar."- ŞİKAYƏT

Poçtumuza daxil olan məktubu təqdim edirik. Oxucumuz Vusal Nəbiyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə suallar ünvanlayıb:
Salam hörmətli redaksiya!
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə bildirib ki, əlillil meyyarları dəyişdiriləcək. I,II,III qrup əlillik sovet vaxtından qalma anlayışdır, bütün dünyada əlillik əmək və özünəqulluq qabiliyyətinin itirilmə faizi ilə müaəyyən olunur.

Nazirin deməsindən belə çıxır ki, böyrəyinin biri olmayan və ya infarkt keçirmiş xəstə gəzə bilirsə əlil hesab olunmayacaq, dövlət ona müavinət verməyəcək. Fikir verirsinizsə son illər insanların xeyrinə olan qanunları dəyişirlər. Pul verməmək üçün insanların bütün işıq gələn qapılarını bağlayırlar.
Xahiş edirik ki bu məsələni araşdırın, yazın ki, insanlar bilsin, müzakirə etsin, Milli Məclis də belə qanunları qəbul etməkdə tərəddüt etsin.

İndi isə əsas məsələni diqqətinizə çatdirmaq istəyirik ki, bunu da araşdırasınız.
Artıq 7 aydır ki, əlilliyin verilməsini dayandırıblar. Xəstə insanlar dövlətdən heç bir kömək ala bilmirlər. Utanmadan bugünlərdə statistikada yayıblar ki, əlilliyin verilməsi şəffaflaşdığı üçün keçən il ilə müqayisədə ciddi azalma var. Halbuki, təzə nazir gələndən əlilliyin verilməsi dayandırılıb, xəstə insanları bugün açılacaq, sabah açılacaq deyib qapılara salıblar.

Təzə nazir Avropada belədi, heledi deye-deye milletin başına oyun açır. Avropa standartlarını tətbiq eləmək istiyirsə nə üçün sosial təminatları, pensiya məbləğını Avropa standartına çatdırmaq istəmir.
Onu da soruşsalar nazirdən bəlkə ayılar.
Vusal Nəbiyev
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!

Teref.az

Şərhlər

XƏBƏR LENTİ