SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vergilər Nazirliyinə nokaut: audit yoxlaması Hesablama Palatasına verilir

Vergilər Nazirliyinə nokaut: audit yoxlaması Hesablama Palatasına verilir

Tarix:

18-01-2017, 00:20

/ 2 198 dəfə oxundu.
Vergilər Nazirliyinə nokaut: audit yoxlaması Hesablama Palatasına verilir

Vergilər Nazirliyinin bəzi səlahiyyətləri Hesablama Palatasına verilə bilər

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin hesabatından sonra bu struktur islahatının reallaşması gündəmə gəlib.

Hesabatda ən çox korrupsiyalaşmış qurum kimi ön cərgədə olan Vergilər Nazirliyi hakimiyyət üçün baş bəlasına çevrilib. Nazirliyin qanunsuz hərəkətləri, vergi müfəttişlərinin özbaşına əməlləri xeyli dərəcədə məhdudlaşdırılıb.

Buna baxmayaraq ən çox rüşvət şikayətləri də prokurorluğa məhz bu nazirlikdən olub. O baxımdan nazirliyin bəzi səlahiyyətlərinin Hesablama Palatasına verilməsi nəzərdə tutulur.

Bu haqda bizə xəbər daxil olub. Məlumatda deyilir ki, Hesablama Palatası audit yoxlamalarını həyata keçirə bilər.

Qurum dövlət orqanlarında yoxlamalar aparmaq səlahiyyətinə malik olduğu kimi, müxtəlif iaşə obyektlərində və biznes strukturlarında audit yoxlamalarını da reallaşdırmaq səlahiyyəti əldə edə bilər.

Bununla məqsəd audit yoxlaması sahəsində şəffaflığı qismən təmin etməkdir. Çünki audit yoxlamarında ciddi şəkildə rüşvət ayaq açıb yeriyir. Audit əməliyyatları vergi müfəttişlərinə milyonlar qazandırır və bu pullar nazirliyin ən yuxarı eşelonuna qədər dövriyyə edir.

Prezidentə çoxsaylı müraciətlər və sahibkarların şikayətləri nisbətən gərginliyi azaldıb. Amma yenə də bu sahədə çatışmazlıqlar kifayət qədərdir.

Bu gün əhalinin heç də varlı təbəqəsini təmsil etməyən və “biznesmen” adından çox “biznesin fəhlələri” adına layiq olan kiçik və orta sahibkarlarımız ölkə başçısının yoxlamaların 2 illiyinə dayandırılması qərarı və MTN ətrafında baş verənlərdən sonra bir qədər ümidləniblər.

Nəhayət, sahibkarlara zülm edənlərin cəzalandırılacağına yönələn hədələrin reallığa çevriləcəyi və biznesin rahat nəfəs alacağına dair işıq ucu görünməyə başlayıb.

Azərbaycanda xüsusilə kiçik və orta biznes sahələrində çalışanlar təqribən bu durumdadırlar: Gələn şapalaqlayır, gedən şapalaqlayır. Hərfi mənada başa düşməyin, amma adamın haqsız yerə min zəhmətlə qazandığını müxtəlif yoxlamalar və digər hədə-qorxularla əlindən almaq elə şapalaqlamaq, hələ biraz da betərdir.

Azərbaycanda elə bir nazirlik, komitə qalmayıb ki, onun təmsilçisini görəndə iş adamının dizləri titrəməsin. Allaha şükür qanunlar da hamısı elə yazılıb ki, ha tərəfə çevirsən, insanlara iş, para verən sahibkarı haqsız çıxara bilirsən.

Qərarda göstərilir ki, Vergilər Nazirliyi digər yoxlamaları keçirə bilməsə də, xronometraj və əmək müqaviləsilə bağlı yoxlamaları keçirə bilər.

Elə məsələ də ondadır ki, “partnyorluq sazişində” tələb olunan mümkünsüz məbləğlə razılaşmayan sahibkarı vergi rəisləri əsasən xronometraj və əmək müqaviləsi yoxlamaları ilə hədələyirlər. Çünki burda “ilişmək” mümkün olan məqamlar çoxdur.

Sadələşmiş vergi dövriyyənin dörd faizinin ödənilməsini tələb edir. Azərbaycan bazarında satılan 100 manatlıq malın əksər hallarda 5-10, maksimum 15 manatı qazancdır. Bir çox hallarda isə bu məbləğ 3-4 manat təşkil edir. Bu da dövriyyənin 5-15 faizi deməkdir. Yaxşı, bunun 4 faizin vergi olaraq ödədik.

Bəs bunun icarə haqqı, işçilərin maaşı, Dövlət Sosial Müdafiə Fonduna ödəmələri, standartlaşdırma komitəsindən tutmuş ticarət departamentinə, müxtəlif lisenziyalara, kommunal xərclərə və sair ödəmələr?Hələ sadaladıqlarımız rəsmi ödəmələrdir, rüşvətləri demirik.

Şərhlər

XƏBƏR LENTİ