SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Standard Insurance” sığorta şirkəti vətəndaşa dəymiş zərəri ödəməkdən boyun qaçırır

“Standard Insurance” sığorta şirkəti vətəndaşa dəymiş zərəri ödəməkdən boyun qaçırır

Tarix:

7-03-2017, 09:22

/ 3 103 dəfə oxundu.
“Standard Insurance” sığorta şirkəti vətəndaşa dəymiş zərəri ödəməkdən boyun qaçırır

Masallı rayon sakini Rahib Hilalov Rza oğlu tərəfindən şikayət daxil olub. Şikayətçinin bildirdiyinə görə, Azərbaycanda yetəri qədər müştərisi olan “Standard Insurance” sığorta şirkətinin əməkdaşının onunla oyun oynamasıdır. Belə ki, R.Hilalov 20 fevral 2017-ci ildə Masallı rayon icra hakimiyyəti binasının arxa yolunda qəzaya düşüb. Havaların şaxtalı şəraitdə keçdiyi bir ərəfədə qəza törəndiyin qeyd edib. Dadaş Muxtarov Muxtar oğlunun idarə etdiyi “VAZ–20174” markalı 10 MC 477 dövlət qeydiyyat nişanlı avtomobil, Rahib Hilalov Rza oğlunun idarə etdiyi “VAZ–21010” markalı 10 SH 310 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. R.Hilalov bildirib ki, Hadisə baş verdiyi zaman (012)930 qaynar xettinə zəng edərək məlumat verib. Hadisə yerinə dərhal Masallı rayon DYP-nin avtoqəza üzrə inpektorları gəlib. Hadisə yerində araşdırılaraq hadisəni törədən VAZ–20174” markalı 10 MC 477 dövlət qeydiyyat nişanlı avtomobil olduğu məlum olub. Hadisəni törədən tərəf yəni “VAZ–20174” markalı 10 MC 477 dövlət qeydiyyat nişanlı avtomobil “Standard Insurance” sığorta şirkəti tərəfindən sığortalanıb. DYP əməkdaşları tərəfindən hər iki sürücü tibbi yoxlanışdan keçirilib. Yaxlanış zamanı sürücülərin spirtli içki qəbul etmədikləri məlum olub. Hadisə yerinə “Standard Insurance” sığorta şirkətinin cənub bölbəsi üzrə nümayəndəsi Şövqü adlı əməkdaşı baxış keçirdikdən sonra hadisənin foto lentə alaraq hadisə yerini tərk edib. DYP tərəfindən “VAZ–21010” markalı 10 SH 310 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə arayış verilib. Həmin arayışı “Standard Insurance” sığorta şirkətinə təqdim edən R.Hilalov Sığorta əməkdaşı ilə Masallıda yerləşən “Vaz Servizə” gedərək dəymiş ziyan yerində yoxlanılaraq aktlaşdırılıb. Akt tərtibatı zamanı “VAZ–21010” markalı 10 SH 310 dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən zərərin dəyəri 920 manat təşkil etdiyi rəsmi serviz sənətində göstərilməkdədir.

Rəhbərliyi sayan yoxdur. Xəbərdarlıq edilməsinə baxmayaraq işçilər bildiyin edirlər..

Redaksiyamıza məlumat verən R.Hilalov bildirib ki, “Standard Insurance” Lənkəranda yerləşən ofisinin rəhbəri Pərviz Salayev bir dəfə belə olsun mənimlə maraqlanmayıb. R.Hilalov deyidiyinə görə, “Standard Insurance” Bakı da yerləşən ofisindən ona zəng edən (+994) 50 253 33 95 nömrəli telefonun digər tərəfində ki şəxs Elnur Sadıqov adlı əməkdaşı, telefondaca mənalver edirmiş kimi təkliflər irəli sürməyə başladı. İlk öncə qeyd etdi ki, zərər aktı E.Sadıqovun qarşısında olduğunu vurğulayıb söhbətə başladı. Mənə dəyən zərərə görə 500 manat verə biləcəyini vurğuladı. Servizdə ziyan aktında tam şəkildə hər şeyin qeyd edildiyini deyəndən sonra qiyməti 550 manat edə biləcəyini dedi. Mən isə yenidən ona bildirdim ki mənim maşınıma dəyən ziyan 920 manatdır. E.Sadıqov bundan sonra mənə yalnız sonu 600 manat verəcəyini qeyd etdi mənsə bununla razılaşmadım. Hadisədən 14 gün keçməsinə baxmayaraq R.Hilalov bildirib ki, ona dəymiş 920 manat dəyərindəki ziyan “Standard Insurance” sığorta şirkəti tərəfindən ödənilmir.

Son zamanlar baş verən hadisələrdə sığorta şirkətlərinin alverçi roluna girməsi və dəymiş zərərin ödənilməsindən boyun qaçırması adi halla çevrilib. Azərbaycanda nüfüz sahibi olan “Standard Insurance” sığorta şirkəti tərəfindən vətəndaşla bu cür ticarət etməsi həm də qarşısında Masallı rayonunda yerləşən yerləşən “Vaz Serviz”in rəsmi möhürlü sənəti olduğunu əməkdaşları Şövqünün iştirakı ilə tərtib edilmiş aktı görməməzlikdən gəlməsi, vətəndaşın 920 manat dəymiş ziyanı bu günə kimi ödənilməməkdədir. “Standard Insurance” sığorta şirkəti tərəfin edilən bu səhv onun əməkdaşlarının şirkətin adına xələl gətirilməsi cəhdindən başqa bir şey deyildir. Elnur Sadıqovun tutduğu mövqe yalnız “Standard Insurance” sığorta şirkətinin adına xələl gətirməklə yanaşı nüfüzunun aşağı düşməsinə səbəb yarada bilər.

“Standard Insurance” sığorta şirkəti vətəndaşa dəymiş zərəri ödəməkdən boyun qaçırır Vətəndaş Rahib Hilalov Rza oğlu bizim vasitəmiz ilə “Standard Insurance” sığorta şirkətinin rəhbərinə müraciət edərək bildirir ki, ona dəymiş 920 manat ziyanın, 600 manatın Elnur Sadıqov verə biləcəyin deyir. Belə çıxır ki yerdə qalan 320 manat məbləği mən cibimdən ödəmək məcburiyyətindəyəm..? O zaman “Standard Insurance” sığorta şirkətinin peşəkarlığı nə ilə ölçülür”. “Standard Insurance” sığorta şirkətinin prezidentindən artıq dərəcədə xahiş edirəm mənə dəymiş ziyanın tam ödənilməsinə sərəncam verəsiniz.

BAKUNEWS.Az

“Standard Insurance” sığorta şirkəti vətəndaşa dəymiş zərəri ödəməkdən boyun qaçırır

Şərhlər

XƏBƏR LENTİ