SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İşçilərindən nazirə şikayət olundu - FOTO

İşçilərindən nazirə şikayət olundu - FOTO

Tarix:

14-11-2018, 09:44

/ 1 716 dəfə oxundu.
İşçilərindən nazirə şikayət olundu - FOTO

Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi 8-də yaşayan vətəndaş Cəbrauyılov Elnur Abduilla oğlu Gununsesi.org vasitəsi ilə Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.
Müraciətində vətəndaş bildirir ki, 2014-cü ildə avtomobil satış elanlarının olduğu turbo.az saytında “Hunday Elentra” markalı avtomobil görüb.
Elanın müəllifi Türkanə Quliyeva ilə əlaqə saxlayaraq, onunla görüşüb. Məlum olub ki, avtomobil hazırda “Bank of baku”da kreditdə olub. Qarşılıqlı razılaşmaya əsasən notarial qaydada 4900 manat ödəniş etdikdən sonra ayda 380 ABŞ dolları banka ödəməyi öhdəlik götürüb.

Vətəndaş daha sonra yazır:

Mən bu məbləği 2016-cı ilin dekabr ayına kimi ödəmişəm. Sonradan propblemim yarandığı üçün avomobili Məmmədov Xalik Alik oğluna verdim. O, sənədləşməni anası Məmmədova Radə Yaqub qızının adına etdi. Mənə 5425 manat pul ödənildi.
3 ay keçdikdən sonra avtomobilin ilk sahibi olan Türkanə xanım zəng edərək, bankdan onu narahat etdiklərini və pulun ödənilmədiyini dedi. Biz dəfələrlə Məmmədov Xəyala pulu ödəməsini tələb etsək də o bundan boyun qaçırdı. Son illər biz axtardıq, o qaçdı. Beləliklə, Türkanə Quliyeva Xətai rayon məhkəməsində idda qaldırdı.
Xətai rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə keçirilən prosesdə avtomobilin qaytarılmasına dair 24 noyabr 2017-ci ildə qətnamə çıxarıldı. Həmin qətnamədən hər hansı bir apellyasiya şikayəti olmadığından qətnamə icra olunması üçün Sabunuçu Rayon Məhkəmə Qərarları İcra şöbəsinə yönəldildi. Ancaq bu günə qədər Sabunçu icra şöbəsi məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırır. Bizim araşdırmamız zamanı o da bəlli olub ki, Xəyal Məmmədovun bir sıra dələduzluq əməlləri var. Hətta Sabunçu icra şöbəsində onun barəsində icra etməli olduğu bir neçə məhkəmə qərarı var ki, buna da göz yumulur. Odur ki, hörmətli məhkəmə Hüquq –Şurasının sədri Fikrət Məmmədovdan bu məsələni həll etməsi üçün göstəriş verməsini xahiş edirik.

Cəbrayılov Elnur Abdulla oğlu

Əlaqə: 0556510221

P.S. Şikayətlə bağlı mövqeyini öyrənmək üçün Sabunçu rayon icra şöbəsindən telefon zənglərimiz cavabsız qaldı. Mövzuya qayıdacağıq.
İşçilərindən nazirə şikayət olundu - FOTO
İşçilərindən nazirə şikayət olundu - FOTO
İşçilərindən nazirə şikayət olundu - FOTO

Şərhlər

XƏBƏR LENTİ