SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı” - Əflatun Amaşov

“Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı” - Əflatun Amaşov

Tarix:

13-11-2018, 18:44

/ 1 032 dəfə oxundu.
“Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı” - Əflatun Amaşov

“Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O qeyd edib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq.

Şura sədri təhsil sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib: “Bu vəsait Azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”.

Şərhlər

XƏBƏR LENTİ