SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rüşvətə bulaşan universitetlər bağlanır

Rüşvətə bulaşan universitetlər bağlanır

Tarix:

18-01-2017, 00:16

/ 2 453 dəfə oxundu.
Rüşvətə bulaşan universitetlər bağlanır

Prezident təhsil sektorunda da inqilabi islahatlara başlayır

Bu barədə verilən məlumata görə, ilin sonuna kimi bir neçə adı korrupsiyaya bulaşmış özəl universitetlərin bağlanması gözlənilir.

Bu günlərdə fəaliyyəti dayandırılmış “Təfəkkür” universitetinin ardınca prosesin daha irimiqyaslı xarakter alacağı gözlənilir. Əldə etdiyimiz xəbərlərə görə, “Bakı Kooperasiya”, “Odlar Yurdu”, “Bakı Avrasiya” universitetlərinin lisenziyası ləğv oluna bilər.

Adıçəkilən təhsil oxcaqlarından tez-tez Təhsil Nazirliyinə, Prezident Administrasiyasına, habelə mətbuata şikayətlər daxil olur. Bu ali məktəblər “bazar store” kimi fəaliyyət göstərir. Onların rüşvəti və təhsil səviyyəsi qoşa addımlayır.

Ölkə rəhbərliyinin təhsil sektorunda inqilabi dəyişikliklər planı var. Strateji Yol Xəritəsində nəzərdə tutulan müddəalardan biri də bu sahəni tənzimləmək və çatışmazlıqları aradan qaldırmaqdır.

Ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda yalnız dövlət ali məktəbləri fəaliyyət göstərirdi.

1992-ci ildə ”Təhsil haqqında" Qanun qəbul olunduqdan sonra kütləvi şəkildə özəl ali məktəblər təsis edildi. belə ali məktəblərin çoxunun maddi-texniki bazası, professor-müəllim heyətinin tərkibi çox zəif idi.

Sonradan özəl ali məktəblərin sahibləri özlərinə üçün böyük və geniş tədris binaları inşa etdirdilər. Bundan sonra xeyli tələbə kütləsi cəlb etdilər. Geniş və yaraşıqlı binalar təhsilin keyfiyyətini dəyişmədi.

Başqa sözlə, özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər. Bundan istifadə edən hökumət əvvəlcə özəllərdən tibb və hüquq ixtisasını yığışdırdı, sonra isə bunların bir neçəsini bağladı.

Bu universitetlərin əksəriyyəti ayrı-ayrı məmurların kurasiyasındadır və gəlir mənbəyi kimi fəaliyyət göstərir.Təhsildən başqa hər şey olan həmin özəl universitetlərin ləğvi gündəmə gəlib.

Təhsil Nazirliyi onların lisenziyasının ləğvi üçün siyasi iradəyə malik olmasa da, yuxarı dairələrdə artıq müzakirələr getməkdədir.

Gələn xəbərlərə görə, həmin təhsil ocaqları bazara çevrilib və şəxsi ciblərə milyonlar axır. Bu universitetlərin diplomu da heç yerdə tanınmır və nüfuzu olmayan təhsil müəssisələridir.

Şərhlər

XƏBƏR LENTİ