yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Bolluq” marketdə kifli kolbasaları əsgi ilə parıldadırlar - BİABIRÇILIQ

“Bolluq” marketdə  kifli kolbasaları əsgi ilə parıldadırlar - BİABIRÇILIQ
8-11-2018, 16:14 176 dəfə baxılıb

Son zamanlar istehlakçıları narahat edən məsələlərdən biri də mağazalarda, marketlərdə qida məhsullarının son istifadə tarixlərinin dəyişdirilməsidir. Bəzi marketlərdə istifadə müddəti keçmiş məhsulların üzərinə yeni istifadə tarixləri qeyd olunaraq satılır.
Bu, bir çox məhsullarda — kolbasa, kiloqramla satılan konfetlər, şirniyyatlar və s. özünü göstərir. Hətta istifadə müddəti keçmiş bəzi məhsullar elə marketlərdəcə yenidən qablaşdırılır, üzərilərinə yeni istifadə tarixlərini göstərən yarlıqlar yapışdırılır. Əlbəttə ki, bu hal istehlakçının hüquqularının pozulması ilə yanaşı, onların sağlamlığı üçün də təhlükəlidir.
“Ərzaq məhsullarının təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında, həmçinin Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, vaxtı keçmiş ərzaq məhsullarının satışı qadağandır.

Mozalan.az-a daxil olan məlumata görə Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsində yerləşən “Bolluq” Marketdə deyəsən qanunun bu tələbindən xəbərsizdirlər.

Oxucular yazır ki, marketin işçiləri köhnə kolbasaların üstünü əski ilə silir, lap kif basmışların isə suda yuyaraq yenidən satış rəfinə qoyurlar. Özü də bunu çəkinmədən müştərilərin gözü qabağında edirlər.
Satıcını deyə bilmərik, əgər zəhərlənmə faktı olsa məsuliyyət marketin müdiri Nazim müəllimin üstündə qalacaq.
Qeyd edək ki, hər hansı marketdə istifadə vaxtı keçmiş bir ərzaq məhsulu belə satılırsa, market sahibini 1500 manat məbləğində cərimə gözləyir. Bu cəriməni İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir.
İstehlakçılar qarşılaşdıqları belə xoşagəlməz hallarla bağlı İqtisadiyyat Nazirliyinin “195-2” çağrı mərkəzinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidirlər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

12-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ