SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » O bilmir ki, tələbələrə krediti dövlət yox, universitetlər verir – Təhsil ekspertindən maliyyə nazirinə ittiham

O bilmir ki, tələbələrə krediti dövlət yox, universitetlər verir – Təhsil ekspertindən maliyyə nazirinə ittiham

Tarix:

8-11-2018, 14:21

/ 1 274 dəfə oxundu.
O bilmir ki, tələbələrə krediti dövlət yox, universitetlər verir – Təhsil ekspertindən maliyyə nazirinə ittiham

Təhsil eksperti: “Statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub”

“Azərbaycanda hal-hazırda tələbələrə güzəştli kreditlərin verilməsi mövcud deyil. Olan maarifçi kreditdir. O da özəldir və da büdcəsi yoxdur”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov maliyyə naziri Samir Şərifovun parlamentin komitələrinin birgə iclasında təhsil kreditinə qarşı çıxamasını PİA.az-a şərh edərəkn qeyd edib.

Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-ci ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur.

Onun sözlərinə görə, həmin əlavə vəsait 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunanlara şamil olunacaq:

“Digər məsələ təhsil kreditləri ilə bağlıdır. Bu, yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Məncə, təhsil krediti alanların onu qaytaracağı böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq”- nazir deyib.

Təhsil krediti Azərbaycanda niyə riskli hesab olnur? Məlumdur ki, xaricdə təhsil krediti belə qurulub ki, kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Azərbaycanda da belə bir mexanizmin qurulmasını mümkün hesab etmək olar?

Bu mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Kamran Əsədov: “Yaxşı olardı ki, cənab nazir kredit verməyək, demək əvəzinə, hər hansı bir kreditlə tələbəni yükləməkdənsə, Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları aşağı salınsın, deyəydi”.
Maliyyə Nazirinin təhsil krediti ilə bağlı dediklərinin konstitutsiyanın tələblərinə zidd olduğunu vurğulayan təhsil üzrə ekspert Kamran Əsədov PİA.az-a açıqlamasında əlavə edib ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bunu dövlət təmin edir:
“İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə təhsil alır. Onların 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Hörmətli maliyyə naziri Samir Şərifov təhsil kreditlərinə qarşı çıxması düzgün yanaşma deyil. Nazir deyir ki, onlar ödəmək istəmir.

Əvvala Maliyyə Nazirliyi onların ödəmə imkanında olmaması üçün konkret iş yerləri açılması üçün təkliflər verməlidir.

İkincisi cənab nazirin dediyi, konstitutsiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bunu dövlət təmin edir. ABŞ da da tələbələr verilən kreditləri ödəmirlər. Amma ABŞ hökuməti günahı özündə görür ki, mən o kredit verdiyimi işlə yəmin edə bilməmişəm.

Kamran Əsədov: “Hal-hazırda 200 tələbəyə maarifçi kredit fondu güzəştli şərtlərlə kredit verib ki, buna etiraz etmək çox pis haldır, bu saya görə danışmaq belə gülüncdür”.

Belə çıxır ki, cənab nazir deyəsən 165 min tələbədən 200 nəfərinə kredir verilməsini böyük yük kimi görür. Hal-hazırda 200 tələbəyə maarifçi kredit fondu güzəştli şərtlərlə kredit verib ki, buna etiraz etmək çox pis haldır, bu saya görə danışmaq belə gülüncdür. Məsələn, statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni, 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub.

Qardaş Türkiyədə də bu kredit sistemi mövcuddur və tələbələrə mox ciddi güzəştlər edilir.

Yaxşı olardı ki, cənab nazir kredit verməyək, demək əvəzinə, hər hansı bir kreditlə tələbəni yükləməkdənsə, Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları aşağı salınsın, deyəydi. Çünki bu gün ali təhsil müəssisələrinin təhsil haqqları reallığı əks etdirmir. Bu eləsin, deyim hə. Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır.

Kamran Əsədov: “Cənab nazir deyəsən 165 min tələbədən 200 nəfərinə kredir verilməsini böyük yük kimi görür”.

Nazir deyir ki, tələbələrə kredir verməyək. Geri qaytarmayacaqlar. O bilmir ki, tələbələrə krediti dövlət yox, universitetlər verir. Onun bundan ümumiyyətlə xəbəri yoxdur. Maarifçi kredit fondu özü pul vermir, bunu verən o fonda üzr olan universitetlərdir.

Yəni Azərbaycanda hal-hazırda tələbələrə güzəştli kreditlərin veriləsi mövcud deyil. Olan da maarifçi kreditindir. O da özəldir və büdcəsi yoxdur.
Hal-hazırda dövllət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni Milli Qəhrəman övladları, I, II qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olan gənclər, hər iki valideyni əlil olan (I,II qrup) gənclərin təhsil haqqları dövlət tərəfindən ödənilir ki, bu da kredit deyil.

O ki, qaldı özəl banklar tərəfindən istehlak krediti formatında tələbələrə verilən kreditlər, onlar sadəcə olaraq reklam və cəlb edicilik üçündür”.

pia.az

Şərhlər

XƏBƏR LENTİ