SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcra başçısı Abdin Fərzəliyev səyyar qəbul-görüş keçirdi

İcra başçısı Abdin Fərzəliyev səyyar qəbul-görüş keçirdi

Tarix:

8-11-2018, 09:08

/ 1 532 dəfə oxundu.
İcra başçısı  Abdin Fərzəliyev səyyar qəbul-görüş keçirdi

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

xalqxeber.az xəbər verir ki, səyyar qəbulda Abdin Fərzəliyev yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.

Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürülüb.
İcra başçısı  Abdin Fərzəliyev səyyar qəbul-görüş keçirdi
İcra başçısı  Abdin Fərzəliyev səyyar qəbul-görüş keçirdi

Şərhlər

XƏBƏR LENTİ